Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Narın qalaya federal status

İdarələrarası İşçi Qrupunun iclası

Fevralın 24-də  Moskvada Rusiya Federasiyasının Hökümət Palatasında Rusiya baş nazirinin müavini Aleksandr Xloponinin sədrliyi ilə İdarələrarası İşçi Qrupu Məsləhət Şurası ilə birgə millətlərarası əlaqələr üzrə iclas keçirildi.

 

İclasda Millətlər üzrə Federal Agentliyinin rəhbəri İgor Barinov, Rusiya Xalqları Assambleyasının sədri Svetlana Smirnova, Rusiya Federasiyasi Uzaq Şərq, Şimal və Sibir yerli azsaylı xalqlarının Assosiasiyasının prezidenti Grigoriy Ledkov, federal icra hakimiyyəti orqanlarının, milli qeyri-hökümət təşkilatlarının, milli-mədəni muxtariyyətlərinin, elmi ictimaiyyətinin nümayəndələri və ictimai xadimlər iştirak etdilər.

Görüşdə həmçinin Rusiya Federasiyası Prezidenti yanında Millətlərarası Əlaqələr Şurasının üzvü, FLMMM Prezidenti Arif Kərimov iştirak elədi.

Baş nazirin müavini çıxış edərək qeyd elədi ki, bu gün hökumət və cəmiyyətin bütün səviyyələrində dövlət millətlər siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak edən təşkilatlar mövcuddur. Lakin, bu təşkilatlar arasında  koordinasiyasının effektin artırılmasında ehtihyac olduğunu əlavə elədi. 

 

İgor Barinov 

Sonra Millətlər üzrə Federal Agentliyinin rəhbəri İgor Barinov çıxış elədi. O, görüş iştirakçılara Rusiya Prezidentinin fərmanı ilə təsdiq olunmuş 2025-ci ilə qədər Rusiya Federasiyası dövlət millətlər siyasətinin strategiyasının həyata keçirilməsi barədə məlumat verdi.

Görüş iştirakçıları da bir sıra təkliflər səsləndirdilər. Həmin təkliflər protokol qərarına və İdarələrarası İşçi Qrupunun gələcək işinə daxil ediləcəklər.

Belə ki, FLMMM Prezidenti Arif Kərimov Dərbənd muzey-qoruq Narın qalanın statusunun dəyişdirilməsi məsələsini qaldırdı. "Təəssüf ki, son illər Narin qala muzeyi və qədim Dərbəndin digər abidələri müxtəlif qüvvələrin, həmçinin Rusiyanın xaricində dəstək alan qüvvələrin, mübarizə obyekti olublar.

Bu unikal abidəni inkişaf etdirmək əvəzinə, biz hamımız onun tədricən tənəzzül və geriləmənin şahidi oluruq. Ən azı, həm elmi ictimayyəti, həm də ölkənin qədim şəhərin ictimayyətinin üsyana səbəb olan Dərbəndin ildönümü ərəfəsində keçirilən qalanın təmirinin keyfiyyətini xatırlayaq.

Narın qala ətrafında fərziyyələrin dayandırılması üçün və muzeyin inkişafı naminə, düşünürəm ki, bu muzeyə federal əhəmiyyət muzeyi statusun verilməsi və onun Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin balansına ötürülməsi vacibdir” deyərək Arif Kərimov öz çıxışını yekunlaşdırdı.

FLMMM müxbir korpusu

.

.

Maybe you are interested in:

2016-cı ilin Birinci İclası

Ləzgi mədəniyyətinin döyünən ürəyi

ATƏT-da FLMMM-in səsi

Mədəniyyətlərin kəsişmə nöqtəsi

“Suleymanın dövrü gəlir...”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz