ATƏT-da FLMMM-in səsi
ATƏT milli azlıqların hüquqlarını qoruyur
Sentyabrın 30-da FLMMM Prezidenti Arif Kərimov, Şura üzvü Ənvər Kisriev və Beynəlxalq Əməkdaşlıq Departamentinin sədri Tatyana Çubrikovadan ibarət nümayəndə heyəti insan hüquqları sahəsində ölkələrinin öz öhdəliklərinin həyata keçirilməsi üzrə ATƏT-in toplantıda iştirak etmək üçün Varşavaya səfər etdi.
Otyabrın 1-də ATƏT-in sessiyası çərçivəsində birinci görüş, əsasən milli azlıqlara mənsub olan şəxslərə qarşı təcavüzkar millətçilik, irqçilik və şovinizmin qarşısının alınmasına həsr olunmuşdur. Bu görüşün təşəbbüskarı milli azlıqların işləri üzrə ATƏT-in Ali Komissarı Astrid Turs, moderatoru isə Ali Komissarın baş hüquq məsləhətçisi Uilyam Romans idi.
Avropa ölkələrində milli azlıqların hüquqlarının vəziyyəti ilə tanışlıqdan sonra, söz Türkiyə, ABŞ, Böyük Britaniya, İtaliya, Rusiya, Ukrayna, Ermənistan, Azərbaycan, Gürcüstan, Hollandiya, Latviya, Litva, Yunanıstan, Estoniya, Almaniya kimi ölkələrin diplomatik missiyalarının nümayəndələrinə verildi.
Hökumət və QHT (qeyri-hökumət təşkilatları) arasında dialoqun keçirilməsi məqsədi ilə iclasa müxtəlif ölkələrinin nümayəndələri ilə birlikdə həm də vətəndaş cəmiyyətinin nümayəndələridə cəlb olunmuşdur. Qeyd etmək lazımdır ki, həm ölkələr və həm də QHT-ların iştirakı tamamilə demokratik şəkildə keçdi: dialoq açıq və konstruktiv oldu.
Bu il FLMMM ilk dəfə olaraq hər il Varşavada keçirilən ATƏT-in bu iclasında iştirak etmək üçün müraciət etmişdir, və iştirak etmək üçün dəvət olunmuşdur. Bundan əlavə, görüşdə digər qeyri-hökumət təşkilatları ilə birlikdə FLMMM-in nümayəndə heyətinə hesabat üçün söz verildi.
İclasda həsabat ilə FLMMM-in Şura üzvü Ənvər Kisriev çıxış elədi. O, bölünmüş ləzgi xalqın əsas, Azərbaycanda nəzərə alınmayan problemlər haqqında danışdı. O, həmçinin bu ölkədə azlıqların hüquqlarının qorunması ilə bağlı tövsiyələri ilə ATƏT-na müraciət elədi.
Avropa birliyi ölkələrinin, beynəlxalq və QHT-nın nümayəndələri öz çıxışlarında milli azlıqlarının hüquqlarının müdafiəsi ilə pisləşən vəziyyətindən narahat olduqlarını bildirdilər və ATƏT-na və onun Ali Komissarına təşkilatın mandatı tam şəkildə milli azlıqlarının hüquqlarının qorunması üçün istifadə edilməsini tövsiyyə elədilər.
İclasdan sonra FLMMM Prezidenti Arif Kərimov və milli azlıqların işləri üzrə ATƏT-in Ali Komissarı Astrid Turs ilə görüşü oldu. Ali Komissar ləzgi xalqın problemlərinə maraqını bildirdi və onun Haaqada administrasiyası ilə sıx əlaqə saxlamaqa tövsiyə elədi. Görüşdə həm də milli azlıqların işləri üzrə Ali Komissarlığının baş hüquq məsləhətçisi Lavrenti Xadirka iştirak edirdi. Tərəflər yaxın əməkdaşlıq haqqında razılığa gəldilər.
FLMMM bu əməkdaşlığının səmərəli olacağına və ləzgi xalqın problemlərinin uğurla həlli üçün xidmət edəcəyinə əminliyini bildirir.
FLMMM müxbir korpusu
.
Maybe you are interested in:
FLMMM ləzgi dilini qoruyur
FLMMM-in payız sessiyası