Federal lәzgi
milli-mәdәni muxtariyyәti

ATƏT PA nümayəndələri İntiqam Əliyevin azadlığa buraxılmasını alqışlayıblar

 
ATƏT PA Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri İsabel Santos və ATƏT PA Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Kristian Viqenin hüquq müdafiəçisi İntiqam Əliyevin şərti azadlığa buraxılmasını alqışlayıblar.

"İntiqam Əliyevin azadlığa buraxılması Azərbaycanda insan hüquqları, onun özü və  Avropa İnsan Hüquqları Məhkəməsində hüquqlarını müdafiə etdiyi çoxları üçün mühüm və müsbət addımdır.

Ümid edirəm ki, o, Azərbaycanda vətəndaş azadlıqlarının müdafiəsiı üzrə işinə qayıda biləcək. Biz ölkədəki digər vicdan məhbuslarının da tam reabilitasiyası üçün gələcək addımların atılacağını gözləyirik”, - İsabel Santoc bildirib.

"Mən İntiqam Əliyevin azad edilməsini Azərbaycan hökumətinin təkcə beynəlxalq birlik ilə deyil, həmdə öz vətəndaşları ilə işləməyə hazır olması kimi qiymətləndirirəm”,  - öz növbəsində Kristian Viqenin bildirib.

"Biz azərbaycanlı həmkarlarımızla birlikdə  alternativ tənqidi fikrin cəzalandırıldığı yox, alqışlandığı bir şəraitin yaradılması üçün işi davam etdirəcəyik. Ümid edirik ki, bu, əməkdaşlıq ruhunu canlandıracaq, ATƏT-in Azərbaycandakı fəaliyyətini gücləndirəcək ki, ölkə ATƏT qarşısındakı öhdəliklərini yerinə yetirə bilsin”, - o vurğulayıb.

Xatırladaq ki, 2015-ci ilin yayında Azərbaycan hakimiyyəti ATƏT-in Bakı ofisini bağlayıb.

.

www.contact.az

.

Maybe you are interested in:

Azərbaycan Hüquq-Müdafiə Mərkəzi siyasi məhbusların azadlığa buraxılmasını alqışlayır

Leyla Yunusun ardınca digər siyasi məhbuslar da azad edilməlidir

İ.Santos: Azərbaycanda seçkilər ərəfəsində azadlıqların pozulması həddindən artıq acınacaqlı haldır

Nils Mujnieks İntiqam Əliyevin işi üzrə iradları Avropa Məhkəməsinə göndərib

Avropa Məhkəməsi İntiqam Əliyevin işi ilə bağlı kommunikasiyaya başlayıb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz