İ.Santos: Azərbaycanda seçkilər ərəfəsində azadlıqların pozulması həddindən artıq acınacaqlı haldır
Azərbaycan hökumətinin tənqidi səsləri boğması noyabrın 1-də keçiriləcək parlament seçkilərinə həddindən artıq mənfi təsir göstərir. Bu barədə ATƏT Parlament Assambleyasının demokratiya və insan hüquqları komitəsinin rəhbəri İzabel Santos bildirib.
"QHT rəhbəri Anar Məmmədov həbsxanadan seçkilərin monitorinqini apara bilmir, jurnalist Xədicə İsmayılova həbsdən yaza bilmir.
İntiqam Əliyev, Rəsul Cəfərov, Leyla Yunus və digər hüquq müdafiəçiləri və hökumətin tənqidçiləri Azərbaycanda siyasi məhbusa çevriliblər. Bu proses hələ də davam edir.
Parlament seçkiləri ərəfəsində, debatlar və ölkənin gələcək yolunun müəyyən edilməsi üçün tənqidi səslərin bu dərəcədə mühüm olduğu bir dövrdə Azərbaycan vətəndaşları ölkə hökumətinin tətbiq etdiyi səssizlikdən əziyyət çəkəcəklər”, deyə Santos bildirib.
O, həmçinin saxta ittihamla 7 il müddətinə həbs edilmiş İlqar Məmmədova həbsdə işgəncə verilməsi haqqında son məlumatlarla bağlı narahatlığını bildirib.
"Mən Azərbaycan liderlərini insan hüquqları və qanunun aliliyini ölkəyə qaytarmaq məqsədilə öz vətəndaşları və beynəlxalq ictimaiyyətlə açıq və ədalətli dialoq formasında əməkdaşlıq etməyə çağırıram”, deyə Santos bildirib.
O, həmçinin Azərbaycan hakimiyyətinin seçkilərin monitorinqi üçün ATƏT missiyasını bütünlüklə qəbul edəcəyinə və onların fəaliyyətini məhdudlaşdırmayacağına ümid etdiyini bildirib.
Bir müddət əvvəl hakimiyyətin ATƏT DTİHB-nin missiyasını məhdudlaşdırmaq qərar ilə əlaqədar ATƏT PA rəhbərliyi Azərbaycanda seçkilərin monitorinqi missiyasını ləğv edib.
.
Maybe you are interested in:
Mujnieks Azərbaycanda demokratik perspektivlər görmür
Ann Brasserin İlham Əliyevə çağırışı
Ann Brasser Azərbaycanda fəalların təqib edilməsini pisləyib