Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Mujnieks Azərbaycanda demokratik perspektivlər görmür

 

Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks Azərbaycanda hüquqların pozulması və parlament seçkiləri üçün normal şəraitin olmaması haqqında kəskin tənqidi məqalə dərc edib.

Politico.eu saytında yer alan məqalə "Azərbaycan – qaranlıq ərazi” adlanır.

Mujnieks 1 noyabr seçkilərini formal adlandırır, çünki seçicilər "azad və şüurlu seçim” edə bilməyəcəklər.

Təbii sərvətlərlə zəngin olan bu ölkədə 1991-ci ildə müstəqilliyin əldə edilməsindən bəri seçkilər fırıldaqçılıq və sui-istifadələrə məhkum edilib. 2010-cu ildə və 2005-ci ildə sonuncu parlament seçkiləri Avropa İnsan Hüquqları Məhkəməsinin çoxsaylı qərarlarına səbəb olub. Məhkəmə Azərbaycanda seçki prosesinin pozulmasından başlayaraq, seçkilərin nəticələrin özbaşına dəyişdirilməsinə və pozuntular haqqında şikayətlərə baxılmamasına qədər azad seçkilər hüququnun pozulması faktları aşkar edib.

Avropa hakimləri birmənalı olaraq təsdiq ediblər: "Seçki komissiyalarının və məhkəmələrin, o cümlədən Konstitusiya Məhkəməsinin davranışı seçkilərin saxtalaşdırılmasına qarşı mübarizə aparmaq və namizədlərin hüquqlarının müdafiəsini təmin etmək üçün hər-hansı real istəyin olmadığını açıq-aşkar göstərir”, deyə Avropa Komissarı yazır.

"Hazırda Azərbaycanda insan hüquqları sahəsində vəziyyət qarşıda duran seçkilərlə bağlı proqnozları daha da pisləşdirir. Hüquq müdafiəçiləri, jurnalistlər və seçkilərin yerli müşahidəçiləri repressiv qanunvericiliklər, saxta ittihamlarla həbslər və ya məcburi mühacirətlə əlaqədar "cilovlanıblar”. Bu şəraitdə seçkilər haqqında hər-hansı əhəmiyyətli debatlar aparmaq mümkün deyil.

Seçki hüquqlarının boğulmasının seçki prosesinə necə təsir etməsinin ən parlaq nümunəsi Anar Məmmədlidir. Məşhur hüquq müdafiəçisi, monitorinq üzrə müstəqil peşəkar təşkilatın rəhbəri. 2014-cü ildə insan hüquqları üzrə Vatslav Qavel mükafatı aldıqda o, Azərbaycan seçkilərində saxtakarlığın ifşasına və tənqidə görə beş illik azadlıqdan məhrumetmə cəzasını çəkməyə yeni başlamışdı.

Boğulmanın daha bir qurbanı İlqar Məmmədov – prezident İlham Əliyevin baş siyasi opponentidir, o, 2013-cü ildə prezident seçkilərində iştirakının qarşısının alınması üçün həbs edilib. Hakimiyyət onu kütləvi iğtişaşlar yaratmaqda ittiham edib, daha sonra 7 il müddətinə azadlıqdan məhrum edib. Avropa İnsan Hüquqları Məhkəməsi bildirib ki, onun həbsdə saxlanılmasının faktiki məqsədi Məmmədovu hökumətin tənqidinə və hakimiyyətin gizlətmək istədiyi məlumatı nəşr etdiyinə görə cəzalandırmaq və susmağa məcbur etmək cəhdidir.

AİHM-də Azərbaycana qarşı onlarla işi, o cümlədən elə həmin repressiyalar seriyasından seçki pozuntuları barədə işləri udan vəkil İntiqam Əliyev.

Xədicə İsmayılova – bir neçə beynəlxalq mükafat almış məşhur araşdırmaçı-jurnalist.

Azərbaycanda vəziyyət o qədər ciddidir ki, oktyabrın 7-də Avropa Şurası vətəndaş cəmiyyəti və ölkə hakimiyyəti arasında dialoq üçün yaradılmış İşçi Qrupda iştirakdan imtina edib.

Bu misli görünməmiş addım Avropa Şurasının sentyabrdakı ciddi bəyanatlarının ardınca atılıb. Həmin bəyanatlarda AİHM-nin seçki komissiyaları və yerli məhkəmələrin fəaliyyəti ilə bağlı qərarlarının icrasında irəliləyiş olmadığı deyilir.

ATƏT həmçinin Azərbaycana monitorinq komissiyası göndərməkdən imtina edərək, misli görünməmiş addım atıb, deyə Mujnieks yazır.

Geniş beynəlxalq tənqidə baxmayaraq, Azərbaycan hakimiyyəti sarsılmaz olaraq qalır. Onların rəsmi mövqeyi ondan ibarətdir ki, bu fəallar və siyasi müxalifət üzvləri cinayət fəaliyyətinə görə həbsdədirlər.

Beləliklə, belə çıxır ki, sanki Azərbaycanın bütün hüquq müdafiəçiləri oğrudurlar, vergiləri ödəmirlər və casusdurlar, ya da Azərbaycanın siyasi və məhkəmə sistemində ciddi şəkildə problem var. "Mən sonuncu versiyaya daha çox inanıram”.

"Avropa Şurası və digər beynəlxalq təşkilatlar, o cümlədən BMT və ATƏT uzun illər bu müdafiəçilərlə işləyiblər. Biz onları tanıyırıq, onların Azərbaycanda demokratiya, qanunun aliliyi və insan hüquqlarına verdiyi töhfəni yüksək qiymətləndiririk.

Azərbaycan hakimiyyəti üçün artmaqda olan beynəlxalq təcridin qarşısını almaq üçün yeganə şansı demokatik dəyərlərə sadiqliyini nümayiş etdirmək və bütün hüquq müdafiəçilərini, jurnalistləri və digər məhbusları azad etmək və onlardan məhkumluğu götürməkdir.

Yalnız İlqar Məmmədova, Anar Məmmədliyə, İntiqam Əliyevə və digər hüquq müdafiəçilərinə öz işini davam etdirmək imkanı verməklə beynəlxalq ictimaiyyətin Azərbaycanın demokratik ictimaiyyətdəki yeri haqqındakı şübhələri yox etmək olar.

Nə qədər ki, bu edilməyəcək, seçkilərə etibar doğuran bir şey yoxdur, debatların mənası yoxdur və seçkilərin monitorinqi olmayacaq”, deyə Avropa Komissarı qeyd edib. 

.

www.contact.az

.

Maybe you are interested in:

AİHM 2010-cu il seçkilərində hüquqların pozulması haqqında şikayəti təmin edib

AŞPA Azərbaycanda demokratiyanın boğulmasını pisləyib, siyasi məhbusların azadlığa buraxılmasını tələb edib

Nils Mujnieks İntiqam Əliyevin işi üzrə iradları Avropa Məhkəməsinə göndərib

Nils Mujnieks Azərbaycanda siyasi məhbusların azadlığı uğrunda mübarizəni davam etdirəcəyini vəd edir

Mujnieks: Hüquq müdafiəçilərinə qarşı repressiyalara son qoyun

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz