Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Nils Mujnieks İntiqam Əliyevin işi üzrə iradları Avropa Məhkəməsinə göndərib

 

Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks hüquq müdafiəçisi İntiqam Əliyevin işi üzrə iradları Avropa İnsan Hüquqları Məhkəməsinə göndərib.

Komissarın ofisi 50 bənddən ibarət bu sənədi yayıb. Preambluada komissar hüquq müdafiəçilərinin Azərbaycandakı vəziyyətinə görə narahatlığını ifadə edir.

Bu zaman qeyd edilir ki, ölkədə tənqidi səslərin cinayət təqibi təcrübəsi geniş yayılıb.

Komissar 2014-cü ilin oktyabrında Kürdəxanı istintaq təcridxanasında hüquq müdafiəçisi İntiqam Əliyevlə görüşünü xatırladır.

Mujnieksin fikrincə, beynəlxalq təşkilatların çoxsaylı səylərinə baxmayaraq, Azərbaycanda insan hüquqları ilə problemlər həll olunmur.

Mujnieks belə bir nəticəyə gəlir ki, Azərbaycan hökuməti hüquq və azadlıqların təmin edilməsi üzrə beynəlxalq öhdəliklərinə riayət etmir.

Komissar hakimiyyəti sözügedən hüquqlara hörmət etməyə və öz ifadələrinə görə həbs edilmiş şəxsləri azad etməyə çağırır.

O, həmçinin Azərbaycanda qabaqlayıcı qətimkan tədbiri kimi həbsin özbaşına tətbiq edilməsi ilə bağlı narahatdır.

"Həbs qətimkan tədbiri narazılara qarşı cəza alətinə çevrilib”, deyə Mujnieks bildirib.

O qeyd edib ki, Əliyevin işinin ardınca hüquq müdafiəçiləri Anar Məmmədli, Rəsul Cəfərov, Leyla və Arif Yunusun işi üzrə iradlarını məhkəməyə göndərəcək.

"Bu repressiyalara dərhal son qoyulmalı və öz baxışlarına və vətəndaş fəallığına görə həbs edilmiş şəxslər azad edilməlidir”, deyə komissarın iradlarında bildirilir.

O, həmçinin İntiqam Əliyevin 2001-ci ildən etibarən Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycan vətəndaşlarının şikayətləri üzrə 200-dən çox ərizə təqdim edib. Onların bəziləri üzrə artıq Avropa İnsan Hüquqları Konvensiyasında zəmanət verilmiş hüquqların pozulması faktlarını təsdiq edən qərarlar qəbul edilib.

Bu yaxınlarda Avropa Məhkəməsi 2010-cu il parlament seçkiləri ilə bağlı 40 şikayətdən 20-si üzrə kommunikasiyaya başlayıb.

Əliyev müntəzəm olaraq AŞ nazirlərinə və Avropa Məhkəməsinin özünə Strasburq Məhkəməsinin qərarlarının icrasının gedişatı ilə bağlı məlumat verirdi.

Bu, Mujnieksin Azərbaycandan işlər üzrə AİHM-ə artıq ikinci müraciətidir.

Bir müddət əvvəl, fevralın 24-də o, "Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun işi üzrə iradlarını təqdim edib. 

.

contact.az

.

Maybe you are interested in:

ATƏT PA nümayəndələri İntiqam Əliyevin azadlığa buraxılmasını alqışlayıblar

Avropa insan haqları komissarı Xədicə İsmayılovanın işi ilə bağlı AİHM-ə müraciət edib

Avropa insan hüquqları komissarı “Azadlıq” radiosunun ofisinə polis reydini pisləyib

Nils Mujnieks Azərbaycanda siyasi məhbusların azadlığı uğrunda mübarizəni davam etdirəcəyini vəd edir

Mujnieks: Hüquq müdafiəçilərinə qarşı repressiyalara son qoyun

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz