Avropa insan haqları komissarı Xədicə İsmayılovanın işi ilə bağlı AİHM-ə müraciət edib
Avropa Şurası insan haqları komissarı Nils Mujnieks ikinci dəfə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edərək bildirib ki, bu iş üzrə üçüncü şəxs qismində çıxış etmək istəyir (birinci müraciət 2015-ci il sentyabrın 23-də olub).
Avropa komissarının katibiyinin Turana daxil olan məlumatında deyilir ki, komissar öz səlahiyyət mandatına uyğun olaraq Azərbaycanda insan haqlarının vəziyyəti və bu vəziyyətin Xədicə İsmayılovanın işi ilə bağlığına dair məlumat verib və jurnalistinAzərbaycana qarşı iddiası üzrə məsələyə dair vəsatətlə müdaxilə etmək qərarına gəldiyini bildirib.
Azərbaycanda hüquq müdafiəçilərinin vəziyyəti böyük narahatlıq doğurur. Repressiyalar, tənqidi səslərə qarşı məhkəmə təqibləri geniş yayılmış haldır.
Azərbaycan vətəndaşların azadlıqlarının müdafiəsi sahəsində öz öhdəliklərinə əməl etmir. Tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılovanın işi repressiyalara məruz qalmış başqa insan haqları müdafiəçilərinin işindən mahiyyətcə fərqlənmir.
Son iki ildə N.Mujnieks Azərbaycana səfərləri zamanı əsassız repressiyalara son qoyulmasına, hüquq müdafiəçiləri, vətəndaş sektoru və jurnalistlərin üzərindən ittihamların götürülməsinə çağırıb. Lakin repressiyalar güclənib.
Komissar 2013, 2014 və 2015-ci illərdə öz məruzələrində həmin mənfi prosesləri və hakimiyyətin fəaliyyətsizliyini, daha dəqiqi bütün istiqamətlər üzrə vətəndaş sektoruna təzyiqlərin artırılmasını dəfələrlə tənqid edib
"2014-cü ilin dekabrında Xədicə İsmayılovanın həbsi Azərbaycanda özgəfikirliliyin və hüquq müdafiəçilərinin sıxışdırılmasının tərkib hissəsi oldu və 2014-cü ilin yayında ən yüksək nöqtəyə çatdı. Repressiyalar eyni vaxtda vətəndaş cəmiyyətinin onlarla üzvünü əhatə etdi”.
"Bu, Avropa Şurası da daxil olmaqla, beynəlxalq institutlarla əməkdaşlıq edənlərə qarşı repressiyaların həyəcanlı illüstrasiyasıdır”.
2015-ci il sentyabrın 1-də ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Dunya Miyatoviç ilə birgə bəyanatında N.Mujnieks X.İsmaylovanın dələquzluq, sui-istifadə, vergidən yayınmada ittiham olunaraq 7,5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmü pisləyib.
Məhkəmənin qərarı ədalətsiz kimi qiymətləndirilib və Bakının bundan sonra da öz öhdəliklərinə və beynəlxalq birliyin rəyinə məhəl qoymamasından xəbər verdiyini göstərib.
"Komissar qeyd etmək istərdi ki, onun Azərbaycandakı tərəfdaşlarına qarşı repressiyalar bir komissar kimi onun da fəaliyyətini çətinləşdirib. İnsan haqları müdafiəçilərinə qarşı təqiblərə son qoyulmalı və bu sahədə fəaliyyətinə görə həbs edilənlərin hamısı azadlığa buraxılmalıdır”,- məlumatda deyilir.
Xatırladaq ki, Avropa İnsan Hüquqları Məhkəməsi Xədicə İsmayılovanın şikayəti üzrə Azərbaycan hökumətilə komminikasiyanı başa çatdırır. Çox güman ki, iddiaya yaxın vaxtlarda baxılacaq.
Avropa Məhkəməsində X.İsmayılovanın hüquqlarını tanınmış vəkil Amal Kluni müdafiə edəcək.
.
Maybe you are interested in:
Ann Brasserin İlham Əliyevə çağırışı