Hüquq-müdafiə təşkilatları Avropa məhkəməsini Xədicə İsmayılovanın işinə baxmağa çağırıblar
Bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatları jurnalist Xədicə İsmayılovanı işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediblər.
Müraciət Xədicə İsmayılovanın Avropa İnsan Hüquq və Azadlıqları Konvensiyasının 10-cu maddəsi ilə təsbit edilmiş (ifadə azadlığı) hüquqlarının pozulması ilə bağlıdır. Article 19, PENı, International Partnership for Human Rights IPHR, Committee to Protect Journalists CPJ və IMS təşkilatlarının göndərdikləri birgə vəsatətdə deyilir.
Vəsatətdə qeyd olunur ki, X.İsmayılovanın həbsi və mühakimə edilməsi Azərbaycanda jurnalistlərə və vətəndaş cəmiyyəti fəallarına qarşı sistematik repressiyaların nəticəsidir.
Sonra qeyd olunur ki, Azərbaycanda daha 9 jurnalist siyasi motivlərlə həbs olunub: Nicat Əliyev (azadxəbər.az saytının redaktoru), Araz Quliyev (Xeber44.com), Pərviz Həşimli ( "Bizim yol” qəzetinin redaktoru), Seymir Həzi
"Azadlıq” qəzetinin əməkdaşı), Ərşad İbrahimov ("Azadlıq” qəzetinin Gəncə müxbiri
), Hilal Məmmədov ("Tolışi Sado” qəzetinin redaktoru), Rauf Mirqədirov («Ayna/Zerkalo» qəzetinin şərhçisi), Tofiq Yaqublu ("Yeni Müsavat” qəzetinin şərhçisi).
Bundan əlavə, 5 bloger və 4 hüquq müdafiəçisi həbsdədir.
Müraciət müəllifləri AİHM-dən xahiş edirlər ki, X.İsmayılovanın işinə Azərbaycanda insan haqlarının ümumi vəziyyəti kontekstində baxılsın.
Xatırladaq ki, X.İsmaylovanın Azərbaycan hökumətinə qarşı şikayətinə yaxın vaxtlarda AİHM-də baxılacaq.
.
Maybe you are interested in: