Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Amal Kluni: Xədicə İsmayılovanın azad olunmasına nail olacağıq

 

Azərbaycanda həbs edilmiş məşhur jurnalist Xədicə İsmayılovanın vəkili Amal Kluni Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycan hökumətinə qarşı işi udacağına ümid edir. Bu barədə Kluni CNN kanalının aparıcısı Kristian Amanpura müsahibəsində bildirib.

İsmayılovaya qarşı ittihamlar haqqında suala cavabda Amal Kluni bildirib ki, bu ittihamlar guya vergidən yayınma, mənimsəmə və sui-istifadə ilə bağlıdır. "Lakin əsl səbəb Əliyev rejiminin korrupsiyasının ifşasıdır”.

Əvvəlcə onu özünü öldürmə həddinə çatdırmaqda ittiham etməyə çalışıblar, daha sonra digər əsassız ittihamlar irəli sürüblər, deyə vəkil bildirib.

"Avropa Məhkəməsinin ədalətli qərarına ümidimi itirmirəm. Prosesə bir çox qeyri-hökumət təşkilatları da qoşulacaq”, deyə o bildirib.

Kluni İsmayılovanın azad ediləcəyinə nail olacağına və onunla görüşəcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, Xədicə İsmayılova 2014-cü il dekabrın 5-də həbs edilib və sonradan 7,5 il müddətinə azadlıqdan məhrum edilib.

"Amnesty İnternational” və digər beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıblar.

.

www.contact.az

.

Maybe you are interested in:

Xədicə İsmayılovanın vəkilləri onun azadlığa buraxılmasına çağırıblar

Amal Kluni Xədicə İsmayılı Avropa Məhkəməsində təmsil edəcək

“Sərhədsiz reportyorlar”: İsmayılovaya qarşı yeni ittihamlar

“Sərhədsiz reportyorlar”: İsmayılovaya qarşı yeni ittihamlar

“Sərhədsiz reportyorlar”: İsmayılovaya qarşı yeni ittihamlar

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz