Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Amal Kluni Xədicə İsmayılı Avropa Məhkəməsində təmsil edəcək

 
Beynəlxalq miqyasda tanınmış vəkil və aktyor Corc Kluninin xanımı Amal Kluni Amerikanın NBC telekanalına müsahibəsində hazırda həbsdə olan azərbaycanlı jurnalist Xədicə İsmayılı Avropa İnsan Hüquqları Məhkəməsində müdafiə edəcəyini bildirib.

O, Xədicə İsmayılın adını çəkməsə də, "Azərbaycanda hakim rejimin korrupsiya hallarını araşdıran qadın jurnalistin" işini götürməsindən danışaraq, onun "olduqca cəsur bir qadın olduğunu"- deyib.

Kluni jurnalistin yataq otağında video kameranın yerləşdirilməsi və intim görüntülərin yayımlanması ilə ona hədə-qorxu gəlindiyini qeyd edib. Lakin bu, Kluninin sözlərinə görə, "jurnalisti saxlamayıb və indi o, saxta ittihamlarla dəmir barmaqlılar arxasındadır".

Amal Kluni deyib ki, o, medianın hüquqi müdafiəsi təşəbbüsünü təmsil edən vəkillə birlikdə İsmayılın həbsinə etirazla Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək. 

Xədicə İsmayılın vəkilləri hələlik Kluni ilə razılığın əldə olunduğunu təsdiq etməyib.

.

www.contact.az

.

Maybe you are interested in:

Xədicə İsmayılovanın vəkilləri onun azadlığa buraxılmasına çağırıblar

Amal Kluni: Xədicə İsmayılovanın azad olunmasına nail olacağıq

Penitensiar Xidmət Xədicə İsmayılovanın AİHM-in sənədləri ilə tanış olmasına imkan vermir

Hüquq-müdafiə təşkilatları Avropa məhkəməsini Xədicə İsmayılovanın işinə baxmağa çağırıblar

Avropa insan haqları komissarı Xədicə İsmayılovanın işi ilə bağlı AİHM-ə müraciət edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz