Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Penitensiar Xidmət Xədicə İsmayılovanın AİHM-in sənədləri ilə tanış olmasına imkan vermir

 

Penitensiar Xidmət jurnalist Xədicə İsmayılovanın Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) üç şikayəti üzrə kommunikasiya ilə əlaqədar 4 sənədin koloniyaya aparılmasına izn verməyib.

Vəkil Fariz Namazlı Turan-a bildirib ki, AHİM-in icraatında X.İsmayılovanın onun şəxsi həyatına müdaxilənin, hökumətyönlü mətbuatda onun ünvanına böhtan xarakterli yazıların, qanunsuz həbsinin prokurorluq tərəfindən araşdırılmaması barədə şikayətər var.

Şikayətlərdə X.İsmayılovanın Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı (obyektiv məhkəmə araşdırması hüqüqu), 8-ci (şəxsi həyata hörmət), 10 (ifadə azadlığı), 13-cü (effektiv hüquqi müdafiə hüququ) maddələrilə təsbit edilmiş hüquqlarının pozulmasından danışılır.

4 saylı koloniya rəhbərliyi AİHM-in sənədlərinin tərcümə olunmasını və notariusda təsdiqlənməsini tələb edib. Lakin F.Namazlı qeyd edib ki, tərcüməyə gərək yoxdur, çünki X.İsmayılova ingilis dilini bilir.

"Biz sənədləri Xədicə ilə müzakirə edib, cavab yazmalıyıq. Onların Azərbaycan dilinə tərcüməsi əlavə vaxt və pul itkisidir”, - F.Namazlı bildirib.

O, koloniya rəhbərliyinin qadağasını vəkilin müştəri ilə ünsiyyətinin  məxfiliyinin pozulması kimi qiymətləndirib.

F.Namazlının sözlərinə görə, bu, X.İsmaylovanın işi üzrə ikinci haıdır. Vəkil Avropa konvensiyasının 34-cü maddəsinin (fərdi şikayətlər) pozulduğunu qeyd edib. O deyb ki, müdafiə tərəfi hökumətdən tərcümə xərclərini tələb edəcək.

Vəkil həmçinin bildirib ki, X.İsmayılova ilə dünənki söhbət zamanı o, hüquqlarının Amal Kluninin müdafiə etməsilə razılaşıb.

"Xədicə Kluninin təklifini qəbul edib, ən çox da onun 2014-cü ilə Misirdə "Əl-Cəzirə” telekanalının jurnalisti, həbsdə olan Məhəmməd Fəhminin müdafiəsində göstərdiyi cəsarətə görə”, - F.Namazlı vurğulayıb.

Kluninin əslən erməni millətindən olması barədə hökumətyönlü mətbuatın fikirlərinə gəlincə, vəkil deyib: "Xədicə onun (Kluni) etnik mənsubiyyəti barədə düşünmür.

Xədicə hesab edir ki, normal insanlar etnik mənsubiyyət haqda, "haralısan” kimi suallar  vermirlər.

Xədicə Azərbaycanda heç kimə bu cür suallar verməyib və Amal haqda da belə sorular sormağa ehtiyac görmür. Kluninin "Doqu Perinçek” işində Ermənistanı müdafiə etməsinə gəlincə, Xədicə deyib ki, Amal həmin işi uduzub, onun işində isə qalib gələcək.

Əgər Amalla görüş olarsa Xədicə "erməni soyqırımı” haqda məsələ ilə bağlı ona tam məlumat təqdim edəcək, vəkil bildirib.

Turan X.İsmayılovanın AİHM-in materialları ilə tanış olmasına qadağa qoyulması ilə bağlı Penitensiar Xidmətdən şərh ala bilməyib.

X.İsmayılova 2014-cü ilin dekabrında həbs olunub. 2015-ci ilin avqustunda iqtisadi cinayətlərdə ittiham olunaraq 7,5 il müddətinə azadlıqdan məhrum edilib. Lakin həbsin əsl səbəbi ölkənin ali rəhbərliyində korrupsiya faktlarının araşdırılmasıdır.

Qeyd edək ki, Azərbaycan hökuməti AİHM-in X.İsmayılovanın həbsi üzrə suallara 2016-cı il yanvarın 15-dək cavab verməliydi. İki şikayət üzrə cavab aplerin 11-dək təqdim olunmalıdır.

.

www.contact.az

.

Maybe you are interested in:

Xədicə İsmayılovanın vəkilləri onun azadlığa buraxılmasına çağırıblar

2015-ci ildə Azərbaycandan AİHM-ə 1522 şikayət göndərilib

Hüquq-müdafiə təşkilatları Avropa məhkəməsini Xədicə İsmayılovanın işinə baxmağa çağırıblar

AİHM Xədicə İsmayılovanın iki şikayəti üzrə kommunikasiyaya başlayıb

Avropa İnsan Hüquqları Məhkəməsi Üzeyir Cəfərovun xeyrinə qərar çıxarıb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz