2015-ci ildə Azərbaycandan AİHM-ə 1522 şikayət göndərilib
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2015-ci ilin yekunları ilə bağlı hesabatı dərc edib. Sənəddə deyilir ki, Strasburq Məhkəməsinə daxil olan şikayətlərin əksəriyyəti 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ) və 6-cı (ədalətli məhkəmə təhqiqatı hüququ) maddələrin pozulması ilə bağlıdır.
Ümumilikdə AİHM ötən il 823 qərar qəbul edib. 15 965 iş üzrə kommunikasiyalar başlayıb.
2015-ci ildə Azərbaycandan 1522 şikayət daxil olub, onların 268-i icraata qəbul olunub, 123-ü isə qəbuledilməz hesab olunub. 106 iş üzrə Azərbaycan hökuməti ilə kommunikasiya başlayıb.
2014-cü illə müqayisədə AİHM Azərbaycan üzrə 11 qərar qəbul edibsə, ötən il 19 qərar qəbul olunub.
Əksər hallarda AİHM ədalətli məhkəmə təhqiqatı hüquqlarının pozulduğunu etiraf edib. Ən çox qərar Rusiya üzrə qəbul edilib
.
Maybe you are interested in:
Avropa Məhkəməsi Azərbaycanla bağlı iki qərarı elan edib
Avropa Məhkəməsi: erməni “soyqırımını” inkar etmək olar