Avropa Məhkəməsi: erməni “soyqırımını” inkar etmək olar
Avropa İnsan Hüquqları Məhkəməsi cümə axşamı "Doğu Perinçek İsveçrəyə qarşı” işi üzrə tarixi qərar qəbul edib.
Məhkəmə qərara alıb ki, İsveçrə Perinçekin Osmanlı İmperiyasında "erməni soyqırımı”nı inkar edərkən fikri ifadə etmək azadlığı hüququnu pozub.
"Demokratik cəmiyyətdə ermənilərin maraqlarını qorumaq üçün Periçekin cinayət məsuliyyətinə cəlb edilməsinə ehtiyac yox idi”, deyə qərarda bildirilir.
"Periçekin cəzalandırılmasının və mühakimə edilməsinin, habelə İsveçrənin Erməni Assosiasiyasına kompensasiya ödəməsi haqqında qərarın onun fikri ifadə etmək azadlığı hüququnu pozduğu təkzibolunmazdır”, deyə məhkəmənin qərarında bildirilir.
Bu, yekun hökmdür və ona yenidən baxılması nəzərdə tutulmur.
Xatırladaq ki, türk Doğu Perinçek 2005-ci ildə İsveçrədə müxtəlif konfranslarda erməni "soyqırımını” inkar edib. "İsveçrə-Ermənistan” Assosiasiyası İsveçrədə məhkəməyə müraciət edərək, Perinçekin cəzalandırılmasını tələb edib. 2007-ci ildə Lozannada məhkəmə onu irqi ayrı-seçkilikdə təqsirli bilib və bəzi cərimələr ödəmək öhdəliyi qoyub. Apellyasiya Məhkəməsi Perinçekin şikayətini təmin etməyib.
Perinçek qərardan AİHM-ə şikayət edib və 2013-cü ilin dekabrında məhkəmə onun xeyrinə qərar qəbul edib. 2014-cü ilin martında İsveçrə hökuməti bildirib ki, AİHM-in qərarından şikayət verəcək.
İsveçrədə erməni "soyqırımı”nın inkarına görə cinayət cəzası nəzərdə tutulub.
.
Maybe you are interested in:
Bakı Aqil Xəlilin işi üzrə təqsirini etiraf etdi
Məhkəmə Gültəkin Hacıbəylini 500 manat cərimə edib