Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Məhkəmə Gültəkin Hacıbəylini 500 manat cərimə edib

 
Yanvarın 22-də Yasamal Rayon Məhkəməsi Milli Şuranın komissiya sədri Gültəkin Hacıbəylini 500 manat cərimə edib. Beləki, hakim Sərdar Mehrəliyev Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyevin və onun bacısı Aynur Mehdiyevanın şikayətini qismən təmin edib.

Məhkəmənin hökmü ilə Gültəkin Hacıbəyli Mehdiyevlərin şərəf və ləyaqətini təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147.1 maddəsilə təqsirli bilinərək 500 manat məbləğində cərimələnib.

Eləcə də ekspertiza xərci olaraq 150 manat məbləğində vəsaitin də təqsirləndirilən şəxsdən tutulması hökmdə qeyd olunub.

Gültəkin Hacıbəyli Turan agenliyinə bildirib ki, məhkəmənin qərarı əsassız, ədalətsiz, saxta və gülüncdür. "Əslində bu qərarı ilə məhkəmə mənim şərəf və ləyaqətimi tapdalayıb. Hakim Sərdar Mehrəliyev bilə-bilə qanunsuz qərar qəbul etdiyinə görə Cinayət Məcəlləsinin 295-ci maddəsi (Bilə-bilə ədaslətsiz hökm, qərar çıxarma) ilə cinayət məsuliyyəti daşımalıdır. Hakim faktları kobud şəkildə saxtalaşdırıb, mənim demədiklərim əsasında, Ədliyyə Nazirliyinin ekspertizasının rəyinin mənim xeyrimə olmasına baxmayaraq, saxta qərar verib”, deyə o qeyd edib.

Hacıbəylinin fikrincə, ümumiyyətlə mçəhkəmə saxtakarlıq üzərində qurulub. "Xüsusi ittihamçı Aynur Mehdiyevanın imzası da saxtadır. Eyni zamanda insan alveri cinayəti törətməkdə məhkum olunan Aynur Mehdiyeva və Xətai rayon Prokurorkuğunun müstəntiqi Mahmud Mehdiyev məhkəmədə bilə-bilə yalan ifadə verdiklərinə baxmayaraq hakim onlar barədə xüsusi qərardad qəbul etməyib. Məhkəmə məni faktiki olaraq KİV-də geniş tirajlanmış insan alveri cinayəti törədərək 8 il 6 ay məhkum edilmiş Aynur Mehdiyeva barədə xəbəri  təkrarən yaydığıma görə ittiham edib. Məhkəmə bununla da mənim Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulan ədaqlətli mühakimə və konvensiyasın 10-cu maddəsində  nəzərdə tutulan ifadə azadlığı hüququmu kobud şəkildə pozub”.

Hacıbəyli mübarizəsini sonadək davam etdirəcəyini deyib. "Mehdiyevlərin və barəmdə ədalətsiz qərar vermiş hakim Sərdar Mehrəliyevin cinayət məsuliyyətinə cəlb olunacağına nail olacaqm”, deyə o qeyd edib. 

.

contact.az

.

Maybe you are interested in:

AİHM 2010-cu il seçkilərində hüquqların pozulması haqqında şikayəti təmin edib

Avropa Məhkəməsi: erməni “soyqırımını” inkar etmək olar

Rəsul Cəfərovun işi üzrə prosesdə şahidlər onun xeyrinə ifadələr veriblər

Cəmil Həsənlinin qızına 1 il 6 ay cəza təyin etdilər

X.İsmayılova: “MTN böhtan atır”

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz