Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Rəsul Cəfərovun işi üzrə prosesdə şahidlər onun xeyrinə ifadələr veriblər

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hüquq müdafiəçisi Rəsul Cəfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri davam edib.

Araşdırmaçı jurnalist Şahvələd Çobanoğlu qeyd edib ki, əsassız təqiblər R.Cəfərova qarşı cinayətdir.

"Əgər Rəsul pulları mənimsəmiş olsaydı bunu mənim  vasitəmlə etməli idi. Mən bir layihə çərçivəsində sənədli filmin müzakirəsinin moderatoru idim və buna görə 100 manat aldım. Əgər Rəsul "əlavə pul yazmaq”la məşğul olsaydı mənim adıma 1000 manat da yaza bilərdi”, - o vurğulayıb.

Məhkəmə heyətinin üzvü Cavid Hüseynov jurnalistin kinematoqrafiya sahəsində  biliyi ilə maraqlanıb.

Ş.Çobanoğlu qeyd edib ki, onun rolu Kambocada vəziyyət, qırmızı kxmerlərin cinayətlərinin mahiyyəti barədə auditoriyaya informasiya vermək və baxışdan sonra müzakirəni keçirməkdən ibarət olub.

Hakim C.Hüseynovun "film Azərbaycanda çəkilib” sualı zalda gülüş  doğurub.

   Şahid, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin üzvü  Həmid Mütəllimov bildirib ki, gənc fəal Ülvi Həsənli  ondan xahiş edib ki, 300 manat alması haqda sənədi imzalasın. Cünku onun vergiödəyicilərinin identifikasiya nömrəsi yoxdur.

H.Mütəllimov imza edib və vergi ödənişi üçün nəzərdə tutulan 36 manatı alıb.

Ü.Həsənli isə deyib ki, sözügedən məbləği layihənin başqa iştirakçısına verib, çünkü onda vergiödəyicilərinin identifikasiya nömrəsi olmayıb.NED-in maliyyələdirdiyi layihədə çalışan mühasib Tatyana Kryayuçkina bildirib ki, bütün maliyyə sənədləri qanunauyğun qaydada aparılıb.

Prosesə sədrlik edən hakim Eldar İsmayılov R.Cəfərovun ofisinin olması ilə maraqlanıb. R.Cəfərov deyib ki, layihədə ofis icarəsi nəzərdə tutulmayıb və başqa layihə çərçivəsində ofisdən istifadə edib.

Şahid Əli Novruzov bildirib ki, layihə çərçivəsində 100 manat alıb və bu, rəsmən sənədləşdirilib.

Sonra vəkil Elçin Sadıqov şahid qismində çıxış edib. O bildirib ki, 2006-cı ildə Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyətini təsis edib. Vəkillər Kollegiyasına üzv seçildikdən sonra QHT işləməyib və fəaliyyətsizlik haqda vergi hesabatı təqdim etmədiyinə görə 5 dəfə cərimə ödəyib.

2014-cü ilin əvvəllərində R.Cəfəvovun xahişilə QHT-ni onun idarəçiliyinə verib.

R.Cəfərov donorlardan iki qrant alıb. Lakin Ədliyyə Nazirliyi R.Cəfərovun QHT İdarə Heyətinin sədri seçilməsini təsdiqləməkdən imtina edib və onun gələcək fəaliyyəti dayandırılıb.

Bundan sonra hakim E.İsmayılov elan edib ki, bu gün ittiham şahidlərinin çıxışları başa çatır. 4 şahid qalır.

Növbəti iclas martın 12-nə təyin edilib.

Vəkil Ağababa Rzayev iclasın yekunlarını jurnalistlərə şərh edərkən bildirib ki, çıxış edən 9 şahid R.Cəfərovun xeyrinə ifadə verib. Onları R.Cəfərova qarşı sübutların olduğunu göstərmək üçün cəlb ediblər. Lakin onların çıxışları elə bunun əksini göstərir.

O xatrladıb ki, zərrəçəkənlərin R.Cəfərova qarşı iradları olmayıb.

Cəfərov avqustun 2-də həbs olunub. O, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətindən sui-istifadədə ittiham olunub.  Sonradan ona qarşı yeni ittihamlar-  vəzifə saxtakarlığı (CM-in 313-cü maddəsi)və mənimsəmə (179.3.2) ittihamları irəli sürülüb.  

Amnesty İnternational Rəsul Cəfərovu”vicdan məhbusu” kimi tanıyıb. 

.

contact.az

.

Maybe you are interested in:

Prokuror Rəsul Cəfərovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib

Rəsul Cəfərovun məhkəməsində ittiham tərəfinin şahidlərinin ifadəsi mərhələsi başa çatıb

ATƏT PA Komitə rəhbəri Azərbaycanda həbsdə olan hüquq müdafiəçilərinin və jurnalistlərin yanına buraxılmasını tələb edir

Rəsul Cəfərovun məhkəməsində zərərçəkənlər bu statusun götürülməsini xahiş ediblər

Məhkəmə Gültəkin Hacıbəylini 500 manat cərimə edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz