Rəsul Cəfərovun məhkəməsində ittiham tərəfinin şahidlərinin ifadəsi mərhələsi başa çatıb
Bakı Ağır Cinayətlər Məhkəkəsində hüquq nüdafiəçisi Rəsul Cəfərovun işi üzrə məhkəmə prosesi hakim Eldar İsmayılovun sədrliyi ilə davam etdirilib. Məhkəmə ittiham tərəfinin şahidlərinin dindirilməsini başa çatdırıb və sənədlərin tədqiqi mrhələsi başlayıb. Beləliklə? növbəti məhkəmə iclası aprelin 9-da, saat 10.30-da olacaq.
"Demokratiya naminə incəsənət” kampaniyasının koordinatorru Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs olunub. O, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətindən sui-istifadədə ittiham olunub. Sonradan ona qarşı yeni ittihamlar - vəzifə saxtakarlığı (CM-in 313-cü maddəsi) və mənimsəmə (179.3.2) ittihamları irəli sürülüb.
Amnesty İnternational Rəsul Cəfərovu ”vicdan məhbusu” elan edib.
Bugünki məhkəmə iclasında şahid Rəşad Şirinovun ibtidai istintaqa verdiyi ifadə elan olunub. Belə ki, Rəşad Şirinov hazırda Hollandiyada elmi fəaliyyətlə məşğuldur, məhkəməyə gəlmək imkanı yoxdur. Rəşad Şirinov məhkməyə göndərdiyi məktubunda ibtidai istintaqa verdiyi ifadəsinin həqiqət olduğunu bir daha təsdiq edib.
"Mən Rəsul Cəfərovla iki layihə üzrə tərcüməçi kimi işləmişəm, 250 və 300 manat pul almışam. Həmin vəsaitlərin qəbzlərini də təqdim etmişəm”, deyə o ifadəsində bildirib.
Bundan sonra vəkillər Fariz Namzalı və Əlibaba Rzayev çoxsaylı vəsatətlətlə çıxış ediblər. Vəkillər İlkin Rüstəmzadənin, Atlas Hüseynovanın, Yusif İlkinin əlavə şahid qismində dindirilməsi barədə vəsatət qaldırıblar.
Rəsul Cəfərov bildirib ki, bu şəxslər film çəkilişi və başqa istiqamətli qranltarı bütövlükdə alıblar. Bu səbədən də onların əlavə şahid qismimndə dindirilməsi vacibdir.
Prokuror Mübariz Mirili vəsatətlətin əleyhinə çıxıb və məhkəmə vəsatətləri indiki mərhələdə baxılmadan saxlayıb.
Bu zaman vəkillər qrant layihələri üzrə 20 donor təşkilatın verdiyi qrantların təyinatı üzrə xərcləndiyi və Rəsul Cəfərova qarşı iddialarının olmaması barədə məktublarını, bu sənədələri təsdiq edən videoları olan 5 kompakt diski məhkəmə heyətinə təqdim edib.
Müdafiə tərəfi həmçinin məhkəmə xətt ekspertizasının saxta olduğu barədə rəy verdiyi şahidlər Anar Cəbiyev (Nağılbaz) və Nicat İmranlının imzalarının doğruluğu barədə Polşada yerləşən müstəqil ekspertiza institutunun rəyini məhkəməyə təqdim edib.
Vəkil Fariz Namazlı təqdim etdikləri sənədlərin iş materiallarına əlavə olunması barədə vəsatət qaldırıb.
Prokuror Mirili vəsatətlərin əleyhinə çıxıb və fikrini Rəsul Cəfərovun geniş əlaqələrinin olması ilə izah edib. O, dövlət ekspertizasının şübhə altına alınmasının düzgün olmadığını bildirib. Prokurorun bu mülahizələrinə zal gülüşlə reaksiya verib.
Hakim Eldar İsmayılov sənədlərin iş materiallarına əlavə edilib sənədlərin tədqiqi mərhələsində öyrənilməsi barədə qərar qəbul edib.
Vəkil Fariz Namazlı ekspert Zöhrə Abdullayevanının məhkəməyə dəvət edilməsini və Norveç səfirliyindən qrantla bağlı maliyyə sənədlərinin məhkəməyə təqdim edilməsi barədə vəsatət qaldırıb.
Rəsul Cəfərov bildirib ki, Norveç səfirliyinin vəsaiti səfər proqramına xərclənib və bunu sübut edən sənədlər istintaqa təqdim edilib. "Lakin Norveç Xarici İşlər Nazirliyinin qaydalarına görə, maliyyə sənədlərinin əsli qrantı alan tərəfə təqdim edilə bilməz. Bu səbəbdən də məhkəmənin müraciəti lazımdır”.
Dövlət ittihamçısı bu vəsatətlərin də əleyhinə çıxıb və hakim vəsatətləri indiki mərhələdə baxılmamış saxlayıb. "Sənədlərin tədqiqi mərhələsində ehtiyac duyularsa, bu vəsatətlərə yenidən qayıda bilərik”, deyə Eldar İsmayılov qeyd edib.
Vəkil Fariz Namazlı Rəsul Cəfərova qarşı hər-hansı şəxsin, təşkilatın iddiasının olmadığını, şahidlərin dindirilməsinin başa çatdığını, Cəfərovun istintaqa təsir imkanlarının olmadığını məhkəmə heyətinin diqqətinə çatdırıb. O, Rəsul Cəfərov barədə həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatət qaldırıb.
Öz növbəsində, Rəsul Cəfərov məhkəmənin diqqətinə çatdırıb ki, onun məhkəmədən qaçmaq, gizlənmək məqsədi olmayıb və olmayacaq.
"Mənim bank hesablarım dondurulanda xaricdə idim, ölkəyə qayıtdım. İstintaq dəvət etdiyi vaxt ifadə vermişəm. 2014-cü il iyunun 29-da xaricə getmək istədikdə sərhəd-keçid məntəqəsində ölkədən çıxmağıma qadağa qoyulduğunu bilmişəm və ölkədən qanunsuz yolla çıxmağa və istintaqdan gizlənməıyə cəhd etməmişəm. Artıq 7-ci məhkəmə iclasıdır, prokuror da, məhkəmə heyəti də mənim necə insan olmağım barədə təsəvvürə malikdir. Həbs qətimkan tədbiri dəyişdirilməlidir”, deyə o qeyd edib.
Dövlət ittihamçısı Mirili yenə də Cəfərovun geniş beynəlxalq əlaqələrinin olmasına istinad edərək vəsatətin əleyhinə çıxış edib. Məhkəmə heyəti vəsatətin əsassız olduğunu bildirərək təmin etməyib.
Vəkil Əlibaba Rzayev istintaq aparanların məhkəməyə dəvət edilməsi barədə vəsatət qaldırıb.
"Gəlib məhkəmədə külli miqdarda mənimsəmə ittihamının və qanunsuz sahibkarlıq ittihamını hansı əsaslarla irəli sürdüklərini sübut etsinlər. Cəfərova qarşı heç kim iddia irəli sürməyib. Şahidlərin hamısı xidmətləri müqabilində əmək haqqı aldıqlarını bildirib və bu sənədlərdə təsdiqini tapıb. Burada mənimsəmə faktı yoxdur, nəinki külli miqdarda mənimsəmə. Ədliyyə Nazirliyinin qrantı qeydə almamasını isə qanunsuz sahibkarlıq hesab etmək mümkün deyil”, deyə vəkil qeyd edib.
Hakim bu vəsatətə də baxılmasını təxirə salıb.
.
Maybe you are interested in:
Rəsul Cəfərov nikbinliyini itirmir - həbsxanadan baxış