Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Həbsdə olan hüquq müdafiəçisi “Qurbanların səsi” kampaniyasına təşəbbüs göstərir

 

Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərov "Qurbanların səsi” adlı kampaniyanın başlanması təşəbbüsünü irəli sürüb.

Təşəbbüsün  əsas məqsədi  20 yanvar qətliamına insan hüquq və azadlıqlarının pozulması prizmasından  qiymət vermək və yerli ictimaiyyətin, o cümlədən beynəlxalq hüquq müdafiə təşkilatlarının diqqətini  bu məsələyə yönəltməkdir.

Bu məqsədə nail olmaq üçün müvafiq hesabatın hazırlanması və davamlı kampaniyanı aparacaq işçi qrupunun yaradılması planlaşdırılır.  Kampaniya çərçivəsində Xocalı soyqırımı və digər hadisələrin araşdırılması da həyata keçiriləcək.

R.Cəfərovun həbsdə olması onun fəaliyyətini məhdudlaşdırsa da  bu kampaniyaya rəhbərliyi özü həyata keçirəcək.

* 1990-cı il yanvarın 20-də sovet ordusu genişlənməkdə olan milli-azadlıq hərəkatını yatırmaq və Azərbaycanın SSRİ-nin tərkibindən çıxmasının qarşısını almaq üçün Bakıda cəza kampaniyası həyata keçirib. Əməliyyat zamanı 130-dan çox adam öldürülüb, 700-dən çox adam yaralanıb.

«Demokratiya naminə incəsənət” kampaniyasının koordinatorru Rəsul Cəfərov avqustun 2-də həbs olunub. O, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətindən sui-istifadədə ittiham olunub.  Sonradan ona qarşı yeni ittihamlar-  vəzifə saxtakarlığı (CM-in 313-cü maddəsi)və mənimsəmə (179.3.2) ittihamları irəli sürülüb.  

Amnesty İnternational Rəsul Cəfərovu”vicdan məhbusu” kimi tanıyıb.

.

contact.az

.

Maybe you are interested in:

AŞPA prezidenti 2 saylı cəzaçəkmə müəssisəsində İlqar Məmmədova baş çəkib

40-dan çox xarici hüquq-müdafiə təşkilatı İlham Əliyevi siyasi məhbusları azad etməyə çağırıb

ATƏT PA Komitə rəhbəri Azərbaycanda həbsdə olan hüquq müdafiəçilərinin və jurnalistlərin yanına buraxılmasını tələb edir

İnsan Hüquqlarını Müdafiə Rəsədxanası: Avropa Oyunları ərəfəsində vəziyyət daha da pisləşəcək

Rəsul Cəfərovun insan hüquqları günü ilə bağlı təbrik mesajı

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz