Federal lәzgi
milli-mәdәni muxtariyyәti

AŞPA prezidenti 2 saylı cəzaçəkmə müəssisəsində İlqar Məmmədova baş çəkib

 

Bakıda rəsmi səfərdə olan AŞPA prezidenti Pedro Aqramunt bu gün 2 saylı cəzaçəkmə müəssisəsində Respublikaçı Alternativ hərəkatının həbsdə olan lideri İlqar Məmmədova baş çəkib.

Bu barədə Aqramunt öz Twitter mikrobloqunda yazıb və görüşdən fotoşəkil dərc edib: "Bu gün həbsdə olan İlqar Məmmədovla görüşdüm. Onun işini həll etmək üçün işi davam etdiririk”, deyə o yazıb.

* İlqar Məmmədov və Tofiq Yaqublu 2013-cü il yanvarın 23-24-də İsmayıllıda kütləvi iğtişaşların təşkili ittihamı ilə müvafiq olaraq 7 və 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Hər iki siyasi xadim təqsirini inkar edir.

Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü ilin may ayında İlqar Məmmədovun 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6-cı (təqsirsizlik prezumpsiyası hüququ) və 18-ci (hüququn məhdudlaşdırılması hüdudları) maddələr üzrə hüquqlarının pozulduğunu etiraf edib.

Avropa Şurasının Nazirlər Komitəsi və digər beynəlxalq qurumlar onun azad edilməsində israr edir. Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı Məmmədovu və Yaqublunu "vicdan məhbusu” kimi tanıyıb və onları azad etməyə çağırıb. 

.

www.contact.az

.

Maybe you are interested in:

AŞPA prezidenti əfv fərmanından razıdır, lakin İlqar Məmmədovu “unudub”

Avropa Şurasının rəhbəri İlqar Məmmədovun azad edilməsini tələb edir

Amnesty İnternational İlqar Məmmədovun dərhal azad edilməsini tələb edib

AŞ Nazirlər Komitəsi İlqar Məmmədovun həbsdə saxlanmasından narahatdır

Avropa Şurasının Nazirlər Komitəsi İlqar Məmmədovu dərhal azad etməyə çağırır

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz