Federal lәzgi
milli-mәdәni muxtariyyәti

AŞ Nazirlər Komitəsi İlqar Məmmədovun həbsdə saxlanmasından narahatdır

 

Avropa Şurası Nazirlər Komitəsi martın 12-də REAL Hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun Azərbaycana qarşı işi üzrə qətnamə (Interim Resolution CM/ResDH(2015)43)  qəbul edib.

Vəkil Fuad Ağayev Facebook səhifəsində yazır ki, qətnamədə, o cümlədən aşağıdakılar göstərilib:

"Nazirlər Komitəsi
hazırki iş üzrə müəyyən olunmuş pozuntuların müxalif siyasətçi olan ərizəçiyə qarşı cinayət təqibinin əsaslarını sarsıtmasını xatırladaraq Azərbaycanın məhkəmə qərarının icra edilməsi öhdəliyi daşımasına baxmayaraq, ərizəçinin indiyə kimi həbsdə saxlanılması faktı ilə bağlı öz ciddi narahatlığını ifadə edir;

Hakimiyyəti bundan sonrakı yubatmaya yol vermədən ərizəçini azad etmə və müəyyən edilmiş pozuntuların nəticələrinin aradan qaldırılması üçün tədbirlər qəbul etməyə çağırır;

Ali Məhkəmənin ərizəçinin şikayətinə baxılmasını qeyri-müəyyən vaxta təxirə salması faktı ilə bağlı ciddi narahatlığını ifadə edir;

Ləngimədən hüquqi əsas olmadan cinayət işlərinin başlanmasının qarşısının alınması və prokurorluğun bu kimi cəhdlərinin məhkəmə qaydasında səmərəli araşdırılması üçün görülmüş və ya planlaşdırılmış tədbirlər haqqında konkret və hərtərəfli məlumatın təxirə salınmadan təqdim olunmasına dair Azərbaycan hakimiyyətinə çağırışını təkrarlayır.

2013-cü il martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsi 23-24 yanvar 2013-cü il İsmayıllı iğtişaşları ilə əlaqədar 18 təqsirləndirilən şəxsin barəsində hökm verib. REAl Hərəkatının lideri İlqar Məmmədov 7 il, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Daha 8 nəfər 8 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bir o qədər müttəhim şərti cəza alıb.

2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi İ.Məmmədovun həbsi ilə bağlı şikayət üzrə qərarını elan edib. Avropa Məhkəməsi İ.Məmmədovun işində Avropa İnsan Haqları Konvensiyansıın 5.1 və 5.4 maddəsi (azadlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyasi) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulmasını tanıyıb. Hökumət İ. Məmmədova eyni zamanda 22 000 avro kompensasiya ödəməlidir.

Buna baxmayaraq, 2014-cü ilin iyununda Şəki Apellyasiya Məhkəməsi İ.Məmmədovun barəsində Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

2015-ci il yanvarın 13-də hakim İmran Hacıqayıbovun sədrliyi ilə Ali Məhkəmədə İ.Məmmədov və T.Yaqublunun kassasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb və məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Amnesty İnternational İ. Məmmədov və  T.Yaqublunu "vicdan məhbusu” elan edib.

.

contact.az

.

Maybe you are interested in:

AŞPA prezidenti 2 saylı cəzaçəkmə müəssisəsində İlqar Məmmədova baş çəkib

Avropa Şurasının rəhbəri İlqar Məmmədovun azad edilməsini tələb edir

Amnesty İnternational İlqar Məmmədovun dərhal azad edilməsini tələb edib

Ali Məhkəmə İ.Məmmədovun və T.Yaqublunun şikayətlərinə baxılmasını təxirə salıb

Avropa Şurasının Nazirlər Komitəsi İlqar Məmmədovu dərhal azad etməyə çağırır

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz