Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Ali Məhkəmə İ.Məmmədovun və T.Yaqublunun şikayətlərinə baxılmasını təxirə salıb

 

Çərşənbə axşamı Ali Məhkəmədə İmran Hacıqaibovun sədrliyi ilə 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş hadisələrlə bağlı həbs edilmiş ReAl hərəkatının lideri İlqar Məmmədovun və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunun kassasiya şikayətinə baxılmasına başlanıb.

Hər iki müttəhimin vəkilləri bəraət hökmü çıxarmağa çağırıblar.

Vəkil Nemət Kərimli qeyd edib ki, nə istintaqda, nə də məhkəmədə müttəhimlərin təqsiri sübuta yetirilməyib. Onların əməllərində nəinki cinayət tərkibi, cinayət hadisəsinin özü belə yoxdur.

Kərimli həmçinin bildirib ki, ittiham aktında yazılıb ki, Yaqublu "qiyamçı təfəkkürü” ilə hüquqazidd əməllər törədib. "İnsanı təfəkkürünə görə necə mühakimə etmək olar? Bu, öz özlüyündə işin siyasi xarakterli olduğunu sübut edir”, deyə vəkil bildirib.

Digər vəkil, Fuad Ağayev də müvəkkili İlqar Məmmədovun həbsinin qanunsuz olduğunu bildirərək, Avropa İnsan Hüquqları Konvensiyasının 5 və 18-ci maddələri üzrə hüquqlarının pozulduğunu etiraf edib.

Ağayev İsmayıllı rayonunun keçmiş icra başçısı Nizami Ələkbərovun yanvarın 24-dəki müsahibəsində şəhərdə iğtişaş olmadığını və sakitlik olduğunu bildirib. Bu müsahibə məhz Məmmədovun və Yaqublunun şəhərdə olduğu zaman verilib.

Ağayev həmçinin birinci instansiya məhkəməsinin hakiminin qanuni hüquqlarını yerinə yetirdiyinə görə 200 manat cərimə etməsinin müdafiəçi kimi onun hüquqlarını pozduğunu qeyd edib.

Vəkillərin çıxışlarından sonra məhkəmə hakimlərin işlə tanış olması üçün dinləmələri qeyri-müəyyən vaxta qədər təxirə salmağı qərara alıb.

Prosesi Qərb dövlətlərinin səfirliklərinin və Avropa qurumlarının nümayəndələri müşahidə ediblər.

.

contact.az

.

Maybe you are interested in:

Avropa Şurasının rəhbəri İlqar Məmmədovun azad edilməsini tələb edir

Avropa Məhkməsi Müsavat başqanının müavininin azadlıq hüququnun pozulduğunu tanıyıb

Partiya iqtidarı T.Yaqubluya qarşı kobud qanun pozuntusunda ittiham edir

AŞ Nazirlər Komitəsi İlqar Məmmədovun həbsdə saxlanmasından narahatdır

R.Mirqədirovun vəkilləri görülməmiş qanun pozuntuları haqqında

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz