Avropa Məhkməsi Müsavat başqanının müavininin azadlıq hüququnun pozulduğunu tanıyıb
Avropa İnsan Haqları Məhkəməsi noyabrın 5-də Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu ilə bağlı qərarını elan edib.
Vəkil Nemət Kərimli "Amerikanın Səsi”nə bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsi Tofiq Yaqubluya qarşı Avropa İnsan Haqları Konvensiyasının 5.1 maddəsinin - azadlıq hüququnun pozulmasını tanıyıb. Məhkəmənin qərarına əsasən, Azərbaycan hökuməti Yaqubluya 24 000 avro kompensasiya ödəməlidir.
Tofiq Yaqublu 2013-cü il yanvarında İsmayıllıda baş vermis iğtişaşlardan sonra həbs edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2014-cü il martın 17-də İsmayıllıda iğtişaşların təşkili ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. 2014-cü ilin iyununda Şəki Apellyasiya Məhkəməsi Şəki məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
Amnesty İnternational Tofiq Yaqublunu "vicdan məhbusu” elan edib.
.
Maybe you are interested in:
Avropa Məhkəməsi Azərbaycanla bağlı iki qərarı elan edib
Avropa Məhkəməsi: İlqar Məmmədov azad edilməlidir