Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Avropa Məhkəməsi Azərbaycanla bağlı iki qərarı elan edib

 

Fevralın 11-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı iki qərarını elan edib.

Xüsusən, AİHM 2011-ci il martın 31-i və aprelin 2-də Bakıdakı etiraz aksiyalarında iştirak etdiklərinə görə saxlanılan İlham Hüseynli, Elçin Səlimov və İbrahim Əhmədzadənin şikayətlərini təmin edib. Onlar qaba rəftara məruz qalıb və inzibati qaydada həbs ediliblər. Yerli məhkəmələr onların şikayətlərinin heç birini təmin etməyib.

Avropa Məhkəməsi ərizəçilərin birləşmək (maddə 11), ədalətli məhkəmə araşdırması (maddə 6), azadlıq və toxunulmazlıq (maddə 5) hüquqlarının pozuntusunu tanıyıb.

Məhkəmənin qərarına əsasən, hökumət hüquqları pozulan gənc fəalların hər birinə 12 min avro təzminat ödəməlidir.

Məhkəmə həmçinin digər gənc fəallar - Ağasif İbrahimov, Emin Fərhadi və Cəmil Hacıyevin şikayətlərini təmin edib. Onlar 2011-ci ilin mayında "Gənc Siyasi Məhbusların Hüquqlarını Müdafiə Komitəsi” adından Bakıda etiraz aksiyası keçirmək istəyiblər, amma repressiyalara məruz qalıblar.

Avropa Məhkəməsi onların birləşmək (maddə 11), ədalətli məhkəmə araşdırması (maddə 6), azadlıq və toxunulmazlıq (maddə 5) hüquqlarının pozuntusunu tanıyıb və hər birinə 12 min avro təzminat və hüquqi xərclərin ödənilməsi üçün 5600 avro ödənilməsi barədə qərar qəbul edib.

Azərbaycan üç ay ərzində apellyasiya verməsə, AİHM-in qərarları qüvvəyə minəcək.

.

www.contact.az

.

Maybe you are interested in:

Avropa İnsan Hüquqları Məhkəməsi Hilal Məmmədovun hüquqlarının pozulduğunu tanıyıb

2015-ci ildə Azərbaycandan AİHM-ə 1522 şikayət göndərilib

Avropa Məhkməsi Müsavat başqanının müavininin azadlıq hüququnun pozulduğunu tanıyıb

AİHM 2010-cu il seçkilərində hüquqların pozulması haqqında şikayəti təmin edib

Avropa İnsan Hüquqları Məhkəməsi Üzeyir Cəfərovun xeyrinə qərar çıxarıb

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz