Federal lәzgi
milli-mәdәni muxtariyyәti

FLMMM-in payız sessiyası

Görüşdə aktual məsələlər müzakirə olundu

 

Sentyabrın 24-də FLMMM-in Moskva ofisində Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin Şurasının növbəti iclası keçirildi.

İclasda FLMMM Prezidenti Arif Kərimov, Şura üzvləri Sabir Mamedov, Albert Şamsudinov, Asali Asaliev, Mamed Abasov, Ruslan Kurbanov, Amil Sarkarov, Camaldin Paşaev, Tagir Eminov və Carullah Ahadullaev iştirak etdilər.

İclasda həmdə Rusiya Elmlər Akademiyasının akademiki, professor, Rusiya Elmlər Akademiyasının fəlsəfə İnstitunun rəhbəri Abdusalam Hüseynov, məşhur şərqşünas, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitunun mərkəzi Asiya və Qafqaz  tədqiqatlar mərkəzinin rəhbəri Alikber Alikberov, Yaroslavl LMMM-nın sədri Vasif Həsənov, Rusiya Elmlər Akademiyasının Dünya Tarix İnstitutunun XIX əsrin tədqiqatlar mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor Vəlixan Mirzehanov qonaq qismində iştirak etdilər.

Müzakirə olunan ilk məsələ sentyabrın 19-da keçirilmiş Dərbəndin yubileyinin qeyd olunma mərasimi oldu. Bu mərasimdə FLMMM-in rəhbərliyi və Şura üzvlərin bəziləri iştirak etmişdir.

Arif Kərimov tədbirin aşağı səviyyədə keçdiyini qeyd elədi. Şura üzvləri Arif Kərimov ilə razılaşdı, və həqiqətən yubileyin aşağı səviyyədə təşkil olunmasını təsdiq elədilər.

Arif Kərimov onu da qeyd elədi ki, yubiley mərasimində ləzgi xalqını yalnız FLMMM təmsil edirdi. "Mərasimdə bizə və bizim, FLMMM yazılmış köynəklərini geyinmiş fəallara müntəzəm olaraq adamlar yaxınlaşırdı, şəkil çəkirdi. Onlar yubileyin təşkilat komitəsinin hərəkətinə çox təəcüblənirdilər. Təşkilat komitəsi demək olar ki şəhərin əhalinin əksəriyyətini təmsil edən, və əcdadların bu şəhərin təsisçiləri olduğu xalqı rədd elədi. Biz Dağıstan rəhbərliyinin bu hərəkətini qəbul edə bilmərik”.

Şura üzvləri Enver Kisriev, Mamed Abasov, Amil Sarkarov da bu məsələ ilə bağlı öz fikirlərini söylədilər.

Məsələnin müzakirəsinin sonunda Arif Kərimov Ləzgi dilli xalqlarının Kongressinin keçirilməsini təklif elədi.

Şuranın bütün üzvləri yekdilliklə ləzgi dilli xalqlarının Konqresinin çağırılması haqqında müzakirəsinin başlanması təşəbbüsünü dəstəklədilər.

Sonra iştirakçılar gündəmin ikinci məsələsinin müzakirəsini başladılar. Bu sentyabrın 19-da keçirilmiş bələdiyyə səçkilərinin nəticələrinin müzakirəsi oldu.

Arif Kərimov xatırlatqı ki, bu il ilk olaraq FLMMM nümayəndələri Cənubi Dağıstanın bir neçə rayonunda yerli deputatlığa öz namizədliyini irəli sürmüşdülər.

Suleyma-Stal, Kurax və Məhərəmxür rayonlarda seçkilər uğurlu keçdi, və FLMMM nümayəndələri uğur qazandı.

Lakin Axtı, Doquzpara və Rutul rayonlarda FLMMM nümayəndəsi Zeynidin Abilov seçkilərdə baş vermiş çoxsaylı qanun pozuntuları və saxtakarlıq nəticəsində uğur qazana bilmədi.

Şura üzvü Ruslan Kurbanov Arif Kərimov ilə razılaşdı və qeyd elədi ki, bəzi rəhbərlərin bu eqoist və uzağı görməyən siyasəti ləzgi icmada nifaqa səbəb ola bilər.

Gündəmin üçüncü məsələsi FLMMM nümayəndə heyətinin "İnsan hüquqları sahəsində ölkələrinin öz öhdəliklərinin həyata keçirilməsi üzrə ATƏT-in illik Varşava toplantı”da iştirak etmək üçün qarşıdakı Varşavaya səfəri oldu.

FLMMM Beynəlxalq Əlaqələr Departamentinin rəisi Tatyana Çubrikova FLMMM-in ilk dəfə iştirak edəcək qarşıdan gələn tədbir haqqında ətraflı məlumat verdi.

Bu məsələnin müzakirəsindən sonra, Avropa Parlamentinin deputatları və QHT nümayəndələri ilə görüş üçün Brüsselə səfər haqqında müzakirəsi başladı.

Arif Kərimov FLMMM-in beynəlxalq səviyyədə fəaliyyəti və onun nəticələri haqqında danışdı. Şura üzvləri beynəlxalq səviyyədə fəaliyyətinin gücləndirməsini dəstəklədilər.

İclasda son müzakirə olunan məsələ «Albania Caucasica» kitabının birinci həcmin nəşri və ikinci həcmin tərtibi və dərc olunması məsələsi oldu.

Bu məsələ üzrə kitabın ilk həcmin müəlliflərindən biri olan Alikber Alikberov çıxış elədi. "Biz kitabın ikinci həcmin hazırlanması üçün materiallarının yazılması üzərində fəal çalışırıq. Ümid edirəm ki, ilin sonunda oxucular artıq Qafqaz xalqlarının tarixinin yeni araşdırmalarının nəticələrini görə biləcəklər”.

İştirakçılar A.Alikberova öz təşəkkürünü bildirdilər və gənc tədqiqatçılarının da bu işə qatılacağına ümüdvar olduqlarını bildirdilər.

İclasın sonunda Yaroslavl LMMM-nın rəhbəri Vasif Gasanov noyabrda regional muxtariyyətinin ildönümünə həsr olunmuş tədbirlərinin planlaşdırııldığını iştirakçılara xatırladı.

 

FLMMM müxbir korpusu

.

.

Maybe you are interested in:

2016-cı ilin Birinci İclası

FLMMM-in payız sessiyası

Mədəniyyətlərin kəsişmə nöqtəsi

Yeni ilə yeni layihələr ilə

Dövrü dərk edən ləzgi

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz