Dövrü dərk edən ləzgi
Böyük mütəfəkkir Hasan Alqadari
Oktyabrin axırında Moskva Millətlər evində Federal Ləzgi Milli-Mədəni Müxtariyyəti tərəfindən ləzgi ictimai fikirin görkəmli nümayəndəsi, alim və pedaqoq Hasan Alqadarinin yubileyinə həsr olunmuş ədəbi və fəlsəfi gecə keçirilmişdir. Gecədə Ləzgi və Dağıstan ictimayyətinin nümayəndələri, və dəvət olunmuş qonaqlar iştirak etdi.
Tədbirin evvəlində qonaqlar Hasan Alqadariyə həsr olunmuş nadir nəşrlər və onun əsərləri ilə tanış oldular. Həmçinin Ləzgi incəsənət və sənətkarlıq məhsullarından ibarət olan kiçik sərgi də təşkil olunmuşdur.Tədbir Alqadariyə həsr olunmuş slayd şou ilə başladı. Sonra "Samur” ansambılının gənc solistləri "Lezginka” rəqsini oynadılar.
Tədbirin aparıcıları Abidat Əyubova və Hüseyn Şahpazov qonaqları salamladıqdan sonra sözu FLMMM-nin rəhbəri Arif Kərimova verdilər. Ləzgi Muxtariyyətinin rəhbəri öz növbəsində Hasan Alqadarinin Ləzgi və Dağıstanın digər xalqlarının qarşısında xidmətlərinin əvəzsiz olduğunu, onun Rusiya-Dağıstan münasibətlərinin möhkəmləndirilməsində rolu haqqında danışdı.
Arif Kərimov
Sonra çıxış üçün söz tədbirin qonaqlarına verilmişdir. Çıxış edənlər arasında Rusiya Dövlət Dumasının deputatı, FLMMM-nin vitse-prezidenti Mamed Abasov, Hasan Alqadarinin qohumu, Rusiya Elmlər Akamediyasının Fəlsəfə İnstitutunun müdiri, akademik Abdusalam Hüseynov, Rusiya Elmlər Akademiyasının Regional Araşdırmalar və Sivilizasiyalar Mərkəzinin Qafqaz departamentinin rəhbəri Ənvər Kisriev və digərləri var idi.
Abdusalam Hüseynov
Hasan Alqadari
Rəsmi hissəsindən sonra aparıcılar tədbirdə iştirak etdiyinə görə hər kəsə təşəkkürünü bildirdilər və hamını çay süfrəsinə dəvət etdilər. Qonaqlar Hasan Alqadarinin şəxsiyyəti haqqında, gələcək tədbirlər haqqında söhbətlərini çay süfrəsində davam etdilər. Tədbir onu göstərdi ki, Moskvanin ləzgi icması öz tarixi keçmişinə böyük maraq göstərir.
Magomed Abdullayev FLMMM-in müхbir kоrpusu
.
Maybe you are interested in:
Ləzgi mədəniyyətinin döyünən ürəyi
Ləzgi aktrisalara həsr olunmuş gecə
“Suleymanın dövrü gəlir...”