Moskvada Ləzgi dili məktəbi
FLMMM-də yeni təhsil layihənin açılışı
FLMMM təhsil hayihəsinin rəhbəri Abidat Əyubova həmçinin FLMMM-nin Mədəniyyət və Təhsil departamentinin rəhbəridir. Məktəbin təhsil proqramına ləzgi dili və ədbiyyat ilə yanaşı ləzgi mədəniyyəti, adət-ənənələri və tarixi də daxildir. Bazar məktəbinin ləzgi dili müəllimi gənc, amma artıq yaxşı lirik şairi kimi tanınan, filoloji elmləri namizədi Xaliddin Eldarovdur.
Amil Sarkarov
Tədbiri FLMMM-in rəhbərinin köməkçisi Amil Sarkarov açdı. Öz çıxışında o FLMMM-in rəhbəri Arif Kərimov və Şura üzvləri adından hamını salamladı, uğurlar dilədi və ləzgilərin bu bazar məktəbində fəal iştirak edəcəklərinə ümidvar olduğunu bildirdi. Amil Sarkarov qeyd elədi ki, FLMMM bazar məktəbinin işinə xüsusi diqqət göstərəcək, Moskvada yaşayan ləzgilərin ana dili və mədəniyyətinin öyrənilməsi üçün əlverişli şərait yaradacaqdır.
Abidat Əyubova
Sonra çıxış üçün söz bazar məktəbinin işində iştirak edən FLMMM-in işçiləri və tədbirin qonaqlarına verildi. Çıxış edənlər arasında Moskva şəhər Talış Milli Mədəni Muxtariyyətinin rəhbəri Adil Nəsirov, FLMMM Mədəniyyət və Təhsil departamentinin rəhbəri Abidat Əyubova, FLMMM Gənclər departamentinin rəhbəri Gusen Şahpazov, tanınmış Ləzgi şairi, ədəbiyyatşunas Xalidin Eldarov var idi.
Xalidin Eldarov
Tədbirdə ləzgi tarixin əsas dövrləri, görkəmli ləzgilər – Hacı Davud, Muhammad Yaraqi, Hasan Alqadari, Yetim Emin, Suleyman Stalskiy, və digərlərin həyatı haqqında təqdimat göstərildi.
Mərasimin sonunda Abidat Əyubova məktəb cədvəli və format haqqında məlumat verdi. "Dərslər şənbə və bazar günləri saat 12:00 dən 15:00 dək FLMMM-in mərkəzi ofisində keçiriləcək”.
Məktəbin açılış mərasimindən sonra ilk ləzgi dili dərsi keçirildi. Dərs zamanı müəllim şagirdlərə ləzgi əlifbasını təqdim etdi. Şagirdlər ləzgi bazar məktəbinin ilk iş günü və işin təşkilatı səviyyəsindən razı qaldıqlarını bildirdilər.
Murad Şihəhmədov FLMMM-in müхbir kоrpusu
.
Maybe you are interested in:
2016-cı ilin Birinci İclası
FLMMM-in payız sessiyası
FLMMM-in payız sessiyası
Yeni ilə yeni layihələr ilə
“Liderlər məktəbi” Məhərəmxür – 2015