“Liderlər məktəbi” Məhərəmxür – 2015
Məhərəmxürdə gənclər üçün forum keçirildi
Martın 14-də Məhərəmxürdə ilk dəfə olaraq gənclər üçün "Liderlər məktəbi” adı altında təhsil forumu keçirildi. Forumun təşkilatçıları Federal Ləzgi Milli Mədəni Muxtariyyət, "Altair” fondu, "Dağıstan könüllülər hərəkatı” və Məhərəmxür rayonun rəhbərliyi idi. Maliyyə dəstəy isə "Arfan” yerli ticarət mərkəzinin sahibi tərəfindən göstərildi.Ənənəvi mədəniyyət mərkəzində keçirilən forumda 100 yaxın gənc iştirak etdi. Bunlar əsasən məzun və abiturientlər idi. Forum yüksək səviyyədə keçdi.
Tədbir səhər saat 10-da başladı. İctimai xadim, forumun icraçı direktoru, Məhərəmxür rayonun gənclər parlamentinin sədri Davud İsayev giriş sözü ilə çıxış elədi. Öz çıxışında o forumun iştirakçılarını salamlayaraq onlara uğurlar dilədi və əlavə elədi ki, gənc nəsli qınamaq əvəzinə onların tərbiyyəsi ilə məşqul olmaq lazımdır. "Ümidvaram ki bu forum bizim gələcək fəal ictimai həyatın başlanğıcı olacaq.” Davud İsayev gəncləri, cəmiyyət üçün faydalı tədbirlər və aksiyalarda fəal iştirak etməyə çağırdı.
Taguya Tahirova
Sonra çıxış üçün söz Məhərəmxür rayon təhsil şöbəsinin direktor müavini Taguya Tahirovaya və təhsil şöbə "Gənclər və turizm işləri üzrə departamentinin” müdiri Mufrudin Ramazanova verildi. Öz çıxışlarında onlar gəncləri salamladı və onlara təhsillərində uğurlar arzuladılar.
Növbəti çıxış üçün söz FLMMM Dağıstan nümayəndəliyinin rəhbəri Magomed Əliyevə verildi. Çıxışında o, FLMMM-in rəhbərliyi, kollektivi və şəxsən öz adından hər kəsi salamladı. O, iştirakçılara uğurlu işlər arzuladı, və FLMMM-in həyata keçirtdiyi əvvəlki təlim proqramlar haqqında danışdı və bildirdi ki, gənclər ilə iş FLMMM-in Dağıstandakı fəaliyyətində prioritet yer tutur.
Patimat Ömərova
İkinci təlim meydanı "Gənclərin ictimai aktivliyi” mövzusuna həsr olunmuşdur. Onun təlimçisi iqtisad elmləri namizədi, Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının nümayəndəsi, sosial təlimçi Ruslan Karimxanov idi. O, həmdə Dağıstan Dövlət Universitetinin tələbə ittifaqı komitəsinin sədridir.
Üçüncü təlim meydanı "Gənclər arasında könüllülük fəaliyyətinin təşkili texnologiyaları” mövzusuna həsr olunmuşdur. Təlimçisi isə Dağıstan könüllülər hərəkatının rəhbəri, sosial təlimçi Dalgat Magomedov idi. O, Dağıstan İctimai Palatasının və Maşuk və Xəzər forumalrı kimi federal gənclər layihələrinin mütəxəssisdir.
Təlim proqramı başa çatdıqdan sonra, təlimçilər Patimat Ömərova, Ruslan Karimxanov və Dalgat Magomedovun çıxışları oldu.
Sonda forumun moderatoru Davud İsayev gəncləri təlim keçməsi ilə, yeni faydalı bilik və bacarıqlarının eldə etməsi münasibəti ilə təbrik etdi, forumun iştirakçılara, təşkilatçılara və təlimçilərə öz dərin minnətdarlığını bildirdi.
Magomed Abdullayev
FLMMM müxbir korpusu
.
Maybe you are interested in:
Ləzgi liderlərin treninqi
Ləzgi gənclərin mükafatlandırılması