Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Ləzgilər mədəniyyət forumunda

FLMMM mədəniyyət ilinin yekun tədbirində

Dekabrın 23-də Moskvada Rusiyada mədəniyyət ilinin "Mədəniyyət – regional inkişafın strateji inkişafı” adı altında yekun tədbir keçirildi. Bu, hər il keçirilən geniş miqyaslı tədbir Rusiya Federasiyası Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunmuşdur.  

 

Tədbirdə FLMMM-in İdarə Heyətinin üzvü Amil Sarkarov "Cənubi Dağıstanda ləzgi xalqların mədəniyyətinin və dilllərin dəstəki üçün infrastrukturun yaradılması və inkişaf edilməsi haqqında” mövzu ilə çıxış elədi.

Amil Sarkarov öz çıxışında qeyd elədi: "2025-ci il müddətinə qədər Rusiya Federasiyası dövlət milli siyasət strategiyasında dövlət və bələdiyyə orqanlarının xüsusi diqqət tələb edən dörd əsas məsələ göstərilir. Birinci məsələ Rusiya Federasiyası xalqlarının mədəniyyət və dillərinin qorunması və inkişaf edilməsidir. Bundan əlavə strategiyanın digər əsas məsələlər Rusiyanın yerli xalqlarından biri olan Ləzgi xalqına aiddir. Bu:

<!-- [if !supportLists] -->1.    <!-- [endif] -->Yerli xalqların və milli azlıqların hüquqlarının təmin edilməsi;

<!-- [if !supportLists] -->2.    <!-- [endif] -->Şimali Qafqazda milli və beynəlxalq sülhün və sazişin təmin edilməsi üçün əlavə sosial-iqtisadi və siyasi şəraitin yaradılması;

<!-- [if !supportLists] -->3.    <!-- [endif] -->Xaricdə yaşayan soydaşlarımızın dəstəyi və onların Rusiya ilə əlaqələrin inkişaf edilməsi üçün köməklik göstərilməsi.

Qeyd etmək lazımdır ki, ləzgilər "Dillərin və ya xalqların dağı” adlandırılan Dağıstanda yaşayırlar. Ləzgilər haqqında danışarkən, ləzgilərə yaxın olan ləzgidilli xalqlarını ( tabasaranlar, ağullar, rutullar, caxurlar, və arçinlər) unutmamalıyıq. Onların hamısı, arçinlərdən başqa, Cənubi Dağıstanda yaşayırlar. Ona görə bu qeyd olunmuş xalqların mədəniyyət sahəsində zəruri infrastrukturun yaradılması məsələləri birinci növbədə Cənubi Dağıstana aid olunmalıdır.

Bundan əlavə, yaradılan təşkilatlarının funksional imkanlar həmçinin qonşu Azerbaycan Respublikasının ləzgi və ləzgidilli xalqlarının yaşadığı ərazilərinidə əhatə etməlidir”.

 

Onuda əlavə etmək istəyirik ki, forumda həmçinin Dağıstan Respublikası tərəfindən rəngarəng köşk təşkil olunmuşdur. Bu köşk xalq sənətkarı Sakinat İsmailova tərəfindən yaradılmışdır. O, "Miniatur Dağıstan xalqlarının ənənəvi geyimləri” kolleksiyasında Dağıstan xalqlarının milli geyim parlaq palitrasını təqdim etdi. Qeyd eləmək lazımdır ki, forumda bu yeganə sərgi idi.

 

 

FLMMM-in müxbir korpusu

.

.

Maybe you are interested in:

Nar&#305;n qalaya federal status

2016-c&#305; ilin Birinci &#304;clas&#305;

M&#601;d&#601;niyy&#601;tl&#601;rin k&#601;si&#351;m&#601; n&#246;qt&#601;si

L&#601;zgi liderl&#601;rin treninqi

Moskvada L&#601;zgi dili m&#601;kt&#601;bi

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz