Ləzgi liderlərin treninqi
Ləzgi fəallar FLMMM ofisində
Aprelin 22-də FLMMM ofisində ləzgi gənc liderlərin yığıncağı keçirildi. Yığıncağ zamanı gənclər FLMMM-in Dağıstandakı fəaliyyətinin müxtəlif aspektlərini müzakirə elədilər.
Bundan əlavə, ləzgi gənclərə hakiməyyət orqanları ilə əməkdaşlığının necə həyata keçirilməsi barədə məsləhətlər verildi. Yığıncağda ləzgi gənclərə "Altair” fondun inkişafı üzrə rəhbəri Cəmşid Muslimov tərəfindən sosial biznesə aid treninq keçirildi.
Qeyd eləmək lazımdır ki, bu dəyirmi masa, FLMMM tərəfindən təşkil olunan ləzgi liderlərin çox günlük forum çərçivəsində həyata keçirilən növbəti tədbir idi. Xatırladaq ki, ötən həftənin sonu FLMMM Moskvada ləzgi liderlərin çoxgünlük forum proektinə start verdi.
Forumda iştirak etmək üçün FLMMM-in Dağıstan nümayəndəliyinin bir qrup əməkdaşı və Cənubi Dağıstan rayonlarından gənc fəallar Moskvaya gəldilir. Bu layihə bir qrup ləzgi iş adamının və "Altair” fondunun dəstəyi ilə həyata keçirildi.
Tədbirin birinci hissəsində FLMMM-in vitse-prezidenti Ruslan Qurbanov gənclər ilə planlaşdırılmış layihələri müzakirə etdi. Bu layihələr müxtəlif sahələrə aiddir: idman, din, mədəniyyət, beynəlxalq münasibəltlər və s.
Birinci növbədə iştirakçılar Cənubi Dağıstanda gənc həvəskar komandalar arasında futbol üzrə kubokun keçirilməsini müzakirə etdilər. Tədbir bu ilin yay aylarında keçiriləcək.
Müzakirə olunan növbəti məsələ isə şəhərdə yaşayan ləzgi üşaqlara dil yay düşərgəsinin təşkilatı oldu. Bu düşərgədə əsasən doğma dilinin oyrənilməsinə fikir veriləcəkdir.
Müzakirələrin son mövzusu Rusiyanın müxtəlif regionları ilə işin necə həyata keçirilməsi haqda oldu. Bu əsasən Rusiyanın müxtəlif regionlarda olan təşkilatlar və milli icmalar, əsaəsn ləzgi icmaları ilə iş haqda idi.
Tədbirin ikinci hissəsi "Altair” fondunun inkişafı üzrə rəhbəri Cəmşid Muslimov tərəfindən keçirilən Rusiyada sosial layihələrin inkişafı problemərinə həsr olunmuş təlim keçirildi.
Təlim başa çatdıqdan sonra tədbir sona çatdı.
Magomed Abdullayev
FLMMM müxbir korpusu
.
Maybe you are interested in:
Yeni ilə yeni layihələr ilə
Ləzgi gənclərin mükafatlandırılması
“Liderlər məktəbi” Məhərəmxür – 2015