Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Ləzgi gənclərin mükafatlandırılması

Gənclərin FLMMM vitse-prezidenti ilə görüş

Fevral ayın ortalarında FLMMM-in vitse-prezidenti Ruslan Qurbanovun Dağıstana iş səfəri oldu. Mahaçqala şəhərində ilk növbədə o FLMMM-in Gənclər departamentinin Dağıstandakı fəal gənclər və FLMMM Dağıstan nümayəndəliyinin rəhbəri Magomed Əliyev ilə görüşdü.

 

Görüşdə həmdə FLMMM fəliyyətində və layihələrində fəal iştirak edən, Gənclər departamentinin fəalları Davud İsayev, Talib Beybalayev və Raidin Askerov iştirak edirdilər. Görüş zamanı gənclər gələcək layihələri müzakirə etdi və koordinasiya iclasını keçirdilər.

Qeyd eləmək lazımdır ki, görüş ərəfəsində Magomed Əliyev Gənclər departamentinin fəallarını qiymətli hədiyyələr ilə təltif etdi. FLMMM rəhbərliyi hesab elədi ki, FLMMM-in Dağıstanda effektiv fəaliyyətinin həyata keçirilməsi gənc fəalların köməyi olmadan mümkün deyildir. Və ona görə, onların töhfəsini qiymətləndirmək üçün, onlara təşəkkür məktubları və planşet kompyuterləri təqdim olundu.

 

Söhbət FLMMM Gənclər departamentinin inkişafı üçün əsas istiqamətlərdən getdi. 2014-çü ildə müxtəlif sosial layihələr rellaşdırıldı və bu onu göstərdi ki, FLMMM-in, öz vaxtını ictimai faydalı işlərə sərf eləməyə hazır olan, bərk gənc fəallar komandası folmalaşıb. Bu ildə isə, FLMMM öz komandası ilə, daha iddialı və geniş miqyaslı layihələr həyata keçirə bilər. Fəaliyyətin əsas sahələrini müzakirə edərkən, hamı razılaşdıki, ötən il Cənubi Dağıstan gəncləri üçün başladılan təhsil forumlarının keçirilməsini davam etmək lazımdır.

Müzakirə olunan növbəti maddə xeyriyyə layihələrin keçirilməsi oldu. Qeyd eləmək lazımdır ki, FLMMM-in "Ümid” xeyriyyə fondu ilə sıx əlaqələri və səmərəli iş təcrübəsi var.

Həmçinin, gənclər biznes layihələrin başlanılması müzakirə olundu. Biznes inkubatorun yaradılması lazım olduğu qeyd olundu.

Görüşün sonunda iştirakçılar Derbend şəhərində keçirilmiş Yaran Suvar bayramına hazırlıqlarını müzakirə etdilər. Komandanın razılaşdırılmış iş sayəsində, keçən il bu bayram yüksək səviyyədə keçirilmişdir.

Magomed Abdullayev

FLMMM müxbir korpusu 

.

.

Maybe you are interested in:

Ləzgi liderlərin treninqi

“Liderlər məktəbi” Məhərəmxür – 2015

FLMMM-nin gəncləri

Moskvada Ləzgi dili məktəbi

Qurban payı

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz