Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Yeni ilə yeni layihələr ilə

FLMMM Şura iclası keçirilib

Aprelin 14-də FLMMM-in Moskva ofisində bu ilin ilk Şura iclası keçirildi. Şura iclasında FLMMM-in rəhbəri Arif Kərimov ilə yanaşı, Şura üzvləri Azad Babayev, Sabir Mamedov, Tahir Eminov, Albert Şamsudinov, Asali Asaliyev, Ruslan Kurbanov, Amil Sarkarov, Camal Paşayev iştirak etdilər. İclasda həm də tanınmış şərqşunas, Rusiya Elmlər Akademiyasının Şərqşunaslıq İnstitunun Qafqaz Mərkəzinin rəhbəri Alikber Alikberov, Yaroslav LMMM-nin Şura sədri Vasif Həsənov, Rusiya Prezidenti yanında Dağıstan Respublikasının Daimi nümayəndəliyinin nümayəndələri Hacımurad Hacıyev və Elvira Aminovada  iştirak etdilər. 

 

Gündəmin ilk müzakirə olunan məsələsi "Ləzgi sahibkarların klubun” yaradılması oldu. Bu məqsəd ilə Arif Kərimov Moskvada ləzgi sahibkarların ilk forumun keçirilməsini təklif elədi. Şura üzvləri bu təşəbbüsü dəstəklədi, və bir sıra təkliflər elədilər. Müzakirədən sonra qərara alındı ki, "Ləzgi sahibkarların klubu” çərçivəsində ilk iclasa hazılıq başlamalı, və FLMMM İcraiyyə Komitəsinə Rusiyanın müxtəlif regionlarda yaşayan ləzgi sahibkarlar haqda məlumatın toplanması tapşırıldı.

Şuranın ikinci müzakirə olunan məsələ iyun ayının 15-də qədim şəhərim ildönümünə həsr olunmuş "Dərbənd 2000 il tarixi” beynəlxalq elmi konfransa hazırlıq oldu. Bu möhtəşəm tədbir Russiya Elməlr Akademiyası Şərqşunaslıq İnstitutunun, Rusiya Prezidenti yanında Dağıstan Respublikasnın Daimi nümayəndəliyinin və UNESCO-nun dəstəyi ilə FLMMM tərəfidən təşkil olunacaq.

 

Müzakirə olunan üçüncü məsələ son zamanlar FLMMM-nin ən vacib layihələrindən biri olan "Albania Caucasica" məqalələr toplusunun nəşr olunması oldu. Bu fundamental işdə Qafqaz Albaniyanın tarixinə həsr olunmuş bir sıra konfranslardan, o cümlədən 2008-ci ildə Moskvada FLMMM tərəfindən təşkil olunmuş Beynəlxalq Elmi Simpoziumdan maraqlı materiallar toplanılıb.

Şuranın növbəti müzakirə məsələsi Dərbənd şəhərində keçirilmiş Yaran Suvar tədbiri oldu. Bu bayram tədbirdə iştirak eləmiş Albert Şamsudinov qeyd elədi ki, tədbir yağışlı havaya baxmayaraq çox yüksək səviyyədə keçdi.

Gündəmin altıncı məsələsi FLMMM-da bazar günü məktəbinin fəaliyyətinin müzakirəsi oldu. "Biz bir daha Moskvadakı Ləzgi cəmiyyətinin bütün nümayəndələrini bizim məktəbimizə qatılmağa çağırırıq” – Gusen Şahpazov söylədi. Vaqif Həsənov qeyd elədi ki, sentyabr ayından Yaroslavl şəhərində ləzgi dili kurslarına start veriləcək.

 

Şura iclasın sonunda Arif Kərimov Şura üzvlərinə Amil Sarkarovun yeni iş yerinə  keçməsi ilə əlaqədar olaraq FLMMM Prezidenti köməkçisi vəzifəsindən azad olunduğu bildirdi. Arif Kərimov Amil Sarkarova öz təşəkkürünü bildirdi. Şura üzvləri Amil Sarkarova uğurlar dilədirlər. Öz növbəsində Amil Sarkarov qeyd elədi ki, FLMMM Şura üzvü olaraq öz yeni iş yerində o FLMMM-nə ictimai-siyasi məkanda mövqeyini gücləndirməkdə yardım göstərəcək.  

 

Suleyman Cəfərov

FLMMM müxbir korpusu 

.

.

Maybe you are interested in:

2016-cı ilin Birinci İclası

FLMMM-in payız sessiyası

FLMMM-in payız sessiyası

“Suleymanın dövrü gəlir...”

Moskvada Ləzgi dili məktəbi

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz