Federal lәzgi
milli-mәdәni muxtariyyәti

“Suleymanın dövrü gəlir...”

Moskvada Suleyman Stalskinin xatirəsinə gecə

Moskva millətlər evində böyük ləzgi şairi, Dağıstanın xalq şairi, XX-ci əsrin Homeri Suleyman Stalskinin xatirəsinə həsr olunmuş gecə keçirilib. Tədbirdə görkəmli şairin tərcümələrin yeni kitabı təqdim olunub.

 

Tədbir Federal Ləzgi Milli-Mədəni Muxtariyyəti, Yaroslavl LNKA və Rusiya Prezidenti yanında Dağıstan Respublikasının Daimi Nümayəndəliyi tərəfindən təşkil olunmuşdur.

Tədbirdə FLMMM-in heyət üzvləri, Dağıstan Nümayəndəliyinin nümayəndələri, Yarolsavdan geniş nümayəndə heyəti, ləzgi ictimai-siyasi xadimlər və gənclər iştirak etdilər.

 

 

 

FLMMM-in prezidenti, Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Arif Kərimov ilk çıxış etdi. O, tərcümə layihənin sponsorları və təşkilatçılara təşəkkürünü bildirdi, Yaroslavl və ölkənin digər bölgələrindən gələn qonaqları, eləcə də ədəbi axşamın bütün iştirakçılarını salamladı. Öz çıxışında Arif Kərimov FLMMM-in mədəniyyət və təhsil sahəsində həyata keçirilən fəaliyyəti, həyata keçirilmiş və planlaşdırılan layihələr haqqında danışdı.

 

 

Sonra Arif Kərimov sözü tədbirin aparıcıları Abidat Əyyubova və Hüseyn Şahpazova verdi. Onlar öz növbəsində görkəmli ləzgi şairin həyatı haqqında danışdılar. Tədbirdə Ağa-Stal kəndində yerləşən Suleyman Stalskinin Müzeyi haqqında çəkilən və görkəmli şairin nəvəsi Lidiya Stalskinin tədbir iştirakçılarına sözü olan video film nümayiş olundu. Həmçinin, tədbir Stalskinin rus və ləzgi dillərində şerlərin, mahnı və xoreografiya kompozisiyalarının ifası ilə müşayiət olunmuşdur.

 

Sonra çıxış üçün söz tədbirin qonaqlarına verilmişdir. Rusiya Dövlət Dumasının deputatı, FLMMM-nin vitse-prezidenti Mamed Abasov, Rusiya Prezidenti yanında Dağıstan Respublikasının Daimi Nümayəndəliyinin rəhbər müavini İzumrud Mugutdinova, Yaroslavl LNKA-nın rəhbəri Vasif Həsənov, Rusiya Yazıçılar Birliyinin üzvü, Suleyman Stalskinin yeni kitabın müəlliflərindən biri olan Mamed Xalilov, görkəmli rus şairi, Rusiya Yazıçılar Birliyinin üzvü Evgeniy Çekanov, "Stavropol ailəsində Dağıstan xalqları” ictimai təşkilatın rəhbəri Kazbek Agalarov, Rusiya Elmlər Akademiyasının Regional Araşdırmalar və Sivilizasiyalar Mərkəzinin Qafqaz departamentinin rəhbəri Ənvər Kisriev və ən sonda Rusiya Prezidenti yanında Dağıstan Respublikasının Daimi Nümayəndəliyi yanında İctimai Şurasının rəhbəri Hacımurad Hacıyev çıxış etdilər.

 

Hacımurad Hacıyev Suleyman Stalskinin əsərlərinin yeni tərcümələrinin dərci layihəsinin iştirakçılarına minnətdarlığını bildirdi, şairin fikirlərinin əhəmiyyətini qeyd etdi, eləcə də Suleyman Stalskinin Dağıstanın qüruru adlandırdı.Tədbirdə istədadlı usta German Məmmədyarovun işlərindən ibarət sərgi nümayiş olundu.

 

Ümumiləşdirərək onu söyləyə bilərəm ki, tədbir çox isti, səmimi mühittə keçdi. Gələn hər kəs müsbət təəssüratlar və görkəmli şair Suleyman Stalskinin işləri haqqında yeni bilgilər aldı.

 


Suleyman Cafarov

FLMMM-in müxbir korpusu

 

.

.

Maybe you are interested in:

Ləzgi mədəniyyətinin döyünən ürəyi

Yeni ilə yeni layihələr ilə

Ləzgi aktrisalara həsr olunmuş gecə

Moskvada Ləzgi dili məktəbi

Dövrü dərk edən ləzgi

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz