Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Ləzgi aktrisalara həsr olunmuş gecə

Moskvada aktrisaların xatirəsi anıldı

Hər bir xalqın tarixində qabaqcıllar sırasında olan şəxslər var. Onlar adətən hər hansı bir işin qabaqcılları, ixtiraçıları adlandırılır. Belə qabaqcıllarından olan Safiyat Əsgərova və Alla Cəlilovanın xatirəsi aprelin 9 Moskva şəhərində anıldı. Safiyat Əsgərova ilk Dağıstan aktrisası, Alla Cəlilova isə Böyük teatrda işləmiş Dağıstanlı ilk balerinadır. Onların hər ikisi Dağıstan Respublikasının Axtı kədində anadan olmuşlar. Qeyd eləmək lazımdır ki, "Dağlar paytaxtı” adlandırılan Axtı kəndi, Dağıstanda və Şərqi Qafqazda öz qabaqcılları ilə tanınır.  Şimalı Qafqazda ilk dünyəvi kənd məktəbi, Dağıstanda ilk milli teatr, Dağıstanın ilk proletar şairi Hacı Axtınskiy, ilk dağıstanlı – elmləri doktoru, oftalmoloq Kamer Adilgözəlova-Palçayeva, ilk elmlər namizədi Pir-ali Əmirov, Dağıstanın ilk dünyəvi təhsilli həkim Bey-bala- bek Sultanov və digər çoxlu qabaqcılları saymaq olar.

 Əfsanəvi Dağıstan kinoaktrisası Safiyat Əsgərovanın səssiz film səhnəsində ilk çıxışının 90 illiyinə və Böyük Teatrın ilk Dağıstanlı balerinası Alla Cəlilovaya həsr olunmuş gecə Moskva Millətlər evində keçirildi. Tədbir Moskvada Dağıstan Respublikasının Daimi Nümayəndəliyinin dəstəyi ilə FLMMM tərəfintən təşkil olunmuşdur. Qeyd eləmək lazımdır ki, Moskvada böyük ləzgilərə həsr olunmuş tədbirlərin keçirilməsi FLMMM-in gözəl bir ənənəyə çevrilmişdir.

Tədbirdə Rusiya Prezidenti yanında Dağıstan Respublikasının daimi nümayəndəsi İzumrud Mugutdinova, tədbirin səbəkarları olan aktrisaların qohumları, Moskva şəhərində yaşayan Dağıstan icmasının və müxtəlif ictimai təşkilatlarının nümayəndələri iştirak etdilər.

 Tədbir keçirilən zalda Alla Cəlilova və Safiyat Əsgərovaya həsr olunmuş fotosərgi təşkil olunmuşdur. Foyedə isə "Qafqaz sənətkarları” layihəsinə həsr olunmuş sərgi təşkil olunmuşdur. Xatırladaq ki, bu layihənin rəhbərləri German Mamedyarov və Tariyel Sarkarovdur. Tədbirin aparıcıları isə "Milli gözəlliyin mənşələri” layihəsinin iştirakçısı Diana Kərimova və FLMMM-in İcraiyyə Komitəsinin rəhbəri Gusen Şahpazov idi.

Tədbir Axtı kəndinə həsr olunmuş qısa filmin təqfimatı ilə başladı. Giriş sözü ilə çıxış edərək İzumrud Mugutdinova tədbirin gözəl, doğma Dağıstanı xatırladan abu-havasını qeyd elədi, və tədbirin təşkilatçılarına və iştirakçılarına öz dərin minnətdarlığını bildirdi.

 Sonra, FLMMM Mədəniyyət və təhsil layihələrinin departamentinin rəhbəri Abidat Eyubova, Rusiya Prezidenti yanında beynəlxalq əlaqələr Şurasının üzvü, FLMMM Prezidenti Arif Kərimovun adından müraciəti oxudu. Müraciətdə deyilir: "Bu gözəl tədbirdə iştirak etdiyiniz üçün hər kəsə FLMMM adından dərin minnətdarlıqımı bildirirəm. Safiyat Əsgərova və Alla Cəlilova kimi qadınlar ölkəmizin mədəniyyətinin formalaşmasında öz rolunu oynayıblar. Ölkəmizin mədəni və mənəvi inkişafında xalqlarımızın töhfəsini yada salıb qiymətləndirmək üçün bu cür tədbirləri keçirmək lazımdır”.

Tədbirdə aparıcılar hər iki aktrisanın həyat və yaradıcılıq haqqında məlumat verdilər. Tədbirin sonunda söz aktrisaların qohumlarına verildi. Onlar, tədbir iştirakçılarına aktrisaların həyat və yaradıcılıq haqqında daha ətraflı danışdılar, bəzi ailə sirləri ilə və ələcə də tədbir haqda öz təəssüratları ilə paylaşdılar.

Tədbir çay süfrəsində maraqlı söhbətləri ilə başa çatdı.

 

 

Suleyman Cəfərov

FLMMM müxbir korpusu 

.

.

Maybe you are interested in:

Ləzgi teatrın tarixi

Yeni dövrün Hacı Davudu

Ləzgi mədəniyyətinin inkişafı

Qurban payı

Axtida mədəniyyət ili

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz