Axtida mədəniyyət ili
“Şalbuzsuvun melodiya və ritmləri”
Tədbirdə Axtı, Ağul, Akuşin, Buynaksk, Daxadaev, Doqquzpara, Lak, Levaşin, Qaytaq, Qizlər, Kulin, Kumtorkalin, Qurax,Məhərrəmxür, Rutul, Sergokalin,Suleyman-Stal, Uncukul, Xasavurt rayonlarının, və Derbent, Buynaksk, Daqıstan Ogni şəhərlərinin yaradıcı qrupları və ifaçıları iştirak etdilər. Axtı sakinləri və festival qonaqları, Dağıstanın müxtəlif xalqlarının dillərində ifa olunmuş qədim mahnilara qulaq asdılar.
Festivalın təşkilatçıları tərəfindən açıqlandığına görə , festival Dağıstanın xalqlarının milli mədəniyyətinin saxlanılıb və təbliğ olunması; yaradıcı qruplarının, istedadlı musiqiçilərinin və milli dillərdə mahnıları ifa edən müğənnilərinin müəyyən edilməsi; Dağıstan xalqları arasında sülh və dostluğun möhkəmləndirilməsi məqsədi ilə keçirilmişdir.
Qeyd etmək lazımdır ki, bu festival lezgi epik qəhrəmanı Şarvili bayramının 15illiyinə həsr olunmuşdur. Məhz ona görə bu festival epik qəhrəmanın vətəni olan qədim Axtıda keçirilmişdir. Qədim Axtı öz zəngin tarixi, unikal mədəniyyət və adət-ənənələri ilə tanınır. Tamaşaçılar bu festivalda səsləndirilmiş qədim mahnılara böyük həvəslə qulaq asdılar.
Qeyd etmək lazımdır ki, festival tamaşaçılarının böyük qismi genclər idi. Bu onu göstərir ki, gənc nəsil öz yurdun mədəniyyətinə böyük maraq göstərir.
Magomed Abdullayev
FLMMM-in müхbir kоrpusu
.
Maybe you are interested in:
Ləzgi aktrisalara həsr olunmuş gecə
Ləzgilər mədəniyyət forumunda