Yeni dövrün Hacı Davudu
FLMMM GD-nin yeni layihəsi
FLMMM-in Gənclər Departamenti "Görkəmli ləzgilər” adlı yeni video layihə çərçivəsində ilk qısametrajlı filmi nümayiş elədi.
Bu layihə bir sıra, döğma tariximizin ən mühum və parlaq epizodlara aid olan, qısametrajlı (4-5 dəqiqəli) filmlərdən ibarətdir.
Niyə məhz belə format? Müasir dinamik internet mühitində məhz qısametrajlı filmlər daha təlabatlıdırlar və belə format qavrayış üçün ən rahat formatdır. Bu növ filmlərdə məlumat qısa və kompakt, amma aydın və parlaq şəkildə tamaşaçıya çatdırılır. Məhz belə formatda olan materiallar gənclər arasında daha populyardır.
Bu yaxınlarda ləzgi xalqın XVIII əsrin görkəmli ulu öndəri Hacı Davud Müşkürskiyə həsr olunmuş qısametrajlı film üzərində iş başa çatmışdır.
Bu böyük insan, dövlət xadimi, sərkərdə və imama çoxlu nəşrlər, o cümlədən bizim saytımızda, həsr olunmuşdur. Müsahibə zamanı tarixi elmlər namizədi, Hacı Davuda həsr olunmuş hələ ki yeganə monografiyanın müəllifi Abdulakim Butayev qeyd elədiki, yeni mənbələr və sənədləri müəyyən etmək üçün, və müasir yanaşmaların istifadəsini şərh etmək üçün hələ çoxlu işi görmək lazımdır.
Buna baxmayaraq biz inamla söyləyə bilərik ki, Hacı Davud Müşkürskiy nəinki ləzgi xalqın, hətta bütün Qafqaz miqyaslı şəxsiyyət idi.
Amma, əyər onun xalq hərəkatı lideri, sonralar isə Şərqi Qafqazda bərpa olunmuş sünni dövlətin başçısı olaraq, o dövrün böyük imperiyaları -Rusiya və Osman imperiyalarının, və Səfəvilər İran dövlətinin siyasətinə təsirni hesab etsək, onun rolu daha böyük olduğunu başa düşmək olar.
Çalışdıq ki bütün bunları bizim bu yeni, tarixi video layihəmizin birinci buraxılışında əks etdirək. Bundan əlavə, bu qısametrajlı filmdə, fikrimizcə mühum olan – bugünki dövrün çağırışlarına cavab verə biləcək yeni liderlərin axtarışı və yetişdirilməsi haqqında da söz var.
Həm də biz, bu növ materialların köməyi ilə istərdik ki, FLMMM-in rəyasət heyətinin, və Dağıstan respublikasının regional və bələdiyyə səlahiyyətlilərinə, bizim milli qəhrəmanın xatirəsinin əbədiləşdirilməsi mövzusunu aktullaşdıraq. Axı tariximizdə bu böyüklükdə olan şəxsiyyətlərin sayı çox deyil.
Amma Dağıstanın heç bir şəhərində Hacı Davudun adını daşıyan nə məktəb, nə küçə, nə park, nə stadion var. Tarix kitablarında isə onun haqqında faktiki olaraq heç bir söz yazılmayıb. Azərbaycanda isə bu işin vəziyyəti haqqında danışmağa belə dəyməz.
Son zamanlar bu məsələdə bir qədər müsbət inkişaf olmuşdur. Belə ki, Məhərəmxür rayonun Novo-Filya kəndində küçəyə Hacı Davudun adı verildi. Yaxınlarda Suleyman Stalskiy rayonun kəndlərində də küçələrə Hacı Davudun adı veriləcəkdir. Amma bundan böyük işlər görülməlidir.
Biz bu vəziyyəti haqsız hesab edirik. Əyər bu böyüklükdə tarixi şəxsiyyətlərin xatirəsi xilas olunmasa və müasir mədəniyyətdə becərilməsə, gənc nəslimizi necə milli ruhda tərbiyyə edə bilərik? Yoxsa yad dəyərlər əcdadlarımızın xatirəsindən bizim üçün daha dəyərlidir?
Ümid edirik ki, layihəmiz görkəmli ləzgi liderin şəxsiyyətinə bir daha diqqət cəlb edə biləcək, və bir daha tariximizin şərəfli səhifələrini sizlərə xatırlatacaq. Biz hamımız çalışmalıyıq ki, böyük əcdadlarımızın xatirəsinə layiq olaq.
Gusen Şahpazov
FLMMM müxbir korpusu
.
We advise you to sign up, to be full of users of our website.
Maybe you are interested in:
Ləzgilərin probleməri haqqında mühazirə
Ləzgi aktrisalara həsr olunmuş gecə
“Suleymanın dövrü gəlir...”
Şərh əlavə edin