Ləzgi mədəniyyətinin inkişafı
Aziz Mirzabekov ləzgi mədəniyyəti haqqında
Aziz Abdulmiroviç, Siz Hasan Alqadarinin həyat və yaradıcılığına həsr olunmuş konfransda iştirak etdiniz. Zəhmət olmasa bu tədbir haqqında təəsüratlarınızı bizmlə bölüşün.
Mən böyük məmuniyyətlə ləzgilər və bütün Dağıstan üçün önəmli olan bu tədbirdə iştirak etdim. Bizim ulu əcdadlarımızın xatirəsinə hörmətlə yanaşmaq və onlar haqqında məlumatı uşaqlarımıza və onların nəslinə ötürmək çox vacibdir. Ona görə də belə konfransları tez-tez keçirmək lazımdır.
Tədbir yüksək səviyyədə hazırlanmışdır. Tədbirdə öz çıxışımı Hasan Alqadarinin türkdilli poeziyaya həsr elədim.
Onu da qeyd eləmək isteyirəm ki, son zamanlar ləzgi və ləzgilərə yaxın olan xalqların mədəniyyətinin qorunması və inkişafı mövzusu aktuallaşıb.
Aziz Mirzabekov
Aziz Abdulmiroviç, Sizin fikrinizcə hal-hazırda ləzgi mədəniyyətinin inkişafının qarşısında duran əsas problemlər hansılardır?
Hər bir xalqın mədəniyyətinin qorunub saxlanılması üçün əsas amillərdən biri dövlət tərəfindən göstərilən qayğı və diqqətdir. Çox təəsüflər olsun ki, ləzgi və yaxın olan xalqların bunlardan heç biri yoxdur. Və belə bir şəraitdə mədəniyyət işçilərinin öz birliklərinin və ittifaqlarının yaradılması lazımdır.
Məsələn, Dağıstan Bəstəkarlar ittifaqı və digər yaradıcı ittifaqlar yeni üzvləri qəbul etmək istəmirlər. Ləzgilər və ləzgidilli xalqların nümayəndələri , məsələn Dərbənd şəhərində öz mədəni və bədii bilriklər yaradıb və orada öz problemlərini həll edə bilərlər.
Suleyman Cəfərov
FLMMM-in müхbir kоrpusu
.
Maybe you are interested in:
Ləzgilərin probleməri haqqında mühazirə
Mədəniyyətlərin kəsişmə nöqtəsi
Ləzgi aktrisalara həsr olunmuş gecə