Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Mədəniyyətlərin kəsişmə nöqtəsi

Moskvada Beynəlxalq elmi konfrans

Dünən Moskvada "Prezident Otel”də qarşıdan gələn Dərbənd şəhərin ildönümünə həsr olunmuş "Dərbənd: tarixin 2000 ili” adı altında Beynəlxalq elmi konfrans keçirilmişdir. Tədbir, Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin, eləcə də Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun və Dağıstan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə, YUNESKO-nun himayəsi altında keçirilmişdir.
 
İştirakçılar arasında federal səviyyədə parlament üzvləri, xarici ölkə səfirliklərinin və ictimai təşkilatlarının nümayəndələri, alimlər, tarixçilər, professorlar, akademiklər, görkəmli ictimai xadimlər var idi. İştirakçılar ictimayyətə qədim şəhərin çoxəsirli tarixindən maraqlı faktları üzə çıxardan arxeoloji və sənədli sübutlar təqdim etdilər. Eyni zamanda konfransda şəhərdə vəziyyətin siyasiləşdirmə cəhdləri, onun qədim tarixinin saxtalaşdırılması,  və şəhərin zəngin tarixi və mədəni irsini öz məqsədləri üçün istifadə edilməsi ilə bağlı olan risklər narahatlıqla qeyd olundu.
  
Konfransı FLMMM Prezidenti Arif Kərimov öz çıxış sözü ilə açdı. Çıxışında, FLMMM rəhbəri mövzunun əhəmiyyətini qeyd etdi, konfrans iştirakçılarına öz minnətdarlığını bildirdi və onlara səmərəli iş arzuladı. Sonra Kərimov çıxış üçün sözü Federasiya Şurasının sədr müavini İlyas Umaxanova verdi. Çıxışında, senator, müasir Rusiya ərazisində şəhər sivilizasiyasının ən qədim mərkəzlərindən biri olan Dərbəndin əhəmiyyətini və böyüklüyünü qeyd elədi.
 
Daha sonra Rusiya Federasiyası Prezidenti yanında Dağıstan Respublikasının daimi nümayəndəsi İzumrud Mugutdinova, YUNESKO-nun Rusiya Federasiyası Komissiyasının sədr müavini Aleksandr Dzasoxov, Rusiyada İran səfirliyinin mədəniyyət attaşesi Seyyid Hüseyn Təbatəbayi, Türkiyə Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfirin müşaviri Gökhan Turan, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfirin birinci katibi Eldar Bayramov, Rusiya Dövlət Dumasının deputatı Mamed Abasov, Dağıstan Respublikasının Mədəniyyət Nazirinin müavini Murad Hacıyev və digərləri çıxış elədilər. Öz çıxışlarında onlar mövzu aktuallığını vurğuladılar və bildirdilər ki,  şəhərin potensialı yalnız bir unikal qədim mədəniyyət abidəsi kimi deyil, lakin güclü mədəniyyət mərkəzi kimi də bu günə qədər açıqlanmıyıb. Dərbənd şəhərin tarixinin dərin qatlarında öyrənilməsi üçün sistemli iş aparmaqda davam etmək lazım olduğunu qeyd elədilər.
            
Konfransın növbəti epizodu Dərbənd şəhərin 2000 illiyinə və Zaza Aleksidzenin 80 illik yubileyinə həsr olunmuş yeni Albania Caucasica kitabının təqdimatı oldu.  Kitab, nadir elmi əsərin müəlliflərindən biri olan, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya, Qafqaz və Volqa-Ural  elmi-tədqiqat mərkəzinin rəhbəri, tarix elmləri namizədi Alikber Alikberov tərəfindən təqdim olundu. Kitab FLMMM-nin maliyyə dəstəyi ilə nəşr edilmişdir.
 
Bütün sessiya bir neçə panelə bölünmüşdür, və birinci panel Dərbəndin qədim və erkən orta əsrlər tarixinə həsr olunmuşdur. İlk mövzu "I-ci minilliyin birinci yarısında və ortalarında  Dərbənd həllinin son tədqiqatları" məşhur alim, tarixçi və arxeoloq, Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Murtazali Hacıyev tərəfindən açıqlandı.
            
Daha sonra çıxış edənlər arasında tarix elmləri doktoru, Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmalar İnstitutunun aparıcı elmi tədqiqatçısı Aliy Kolesnikovu, Tehran Universitetinin professoru Dr. Morteza Rezvanfarı, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnologiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Goşgar Goshgarlını, Dağıstan Dövlət Tarix və Məmarlıq Muzeyinin elmi katibi, tarix elmləri namizədi Zurab Hacıyevı, Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinin Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun qədim və orta əsrləri tarixi şöbəsinin rəhbəri, tarix elmləri doktoru, professor Nazim Magomedovu, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Baş elmi işçisi, tarix elmləri namizədi Yevgeni Gonçarovu, Xokaydo Universitetinin Slavyan və Avrasiya araşdırmalar Mərkəzinin nümayəndəsi Micuə Ono, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Baş elmi işçisi, siyasət elmləri namizədi Ruslan Kurbanovu və digərlərini qeyd eləmək olar.
 
Konfrans yüksək səviyyədə keçdi, və nəinki yalnız Dərbənd tarixinin, hətta  Dağıstan və Azərbaycan, eləcə də regionun ən böyük dövlətlərin- Rusiya, İran, Türkiyənin - bütün xalqların tarixinin öyrənilməsində yeni səhifə açdı.

FLMMM müxbir korpusu

.

.

Maybe you are interested in:

FLMMM-in payız sessiyası

FLMMM turizm forumunda

Yeni ilə yeni layihələr ilə

Dövrü dərk edən ləzgi

Axtida mədəniyyət ili

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz