Ləzgilərin probleməri haqqında mühazirə
Ruslan Kurbanov Avropa paytaxtı Universitetində
Keçən həftə FLMMM Vise Prezidenti, siyasi elimlər namizədi Ruslan Kurbanov Belçikanın paytaxtı Brüssel şəhərində Brüssel Universitetinin tələbələrə, doktorantlara və əməkdaşlara bölünmüş Ləzgi xalqın problemləri haqqında mühazirə oxudu.
Müharizədə Ləzgi xalqın siyasi tarixi haqqında məlumat verilmişdir. FLMMM Vise Prezidenti müharizə dinləyicilərə Ləzgi xalqın dövlətçiliyin formalaşması, inkişafı və çevrilməsi mərhələləri haqqında ətraflı danışdı.
O, həmçinin Ləzgi xalqın əvvəlki nəsillərin bütün tarixi mərhələlərdə müstəqillik uğurunda mübarizəsi, Rusiya Dövlətinə daxili, sovet dövründə sürətli modernləşdirilməsi haqqında bəhs etdi.
Müharizə çərçivəsində ayrı böyük blok Sovet İttifaqının dağılmasından sonra Ləzgi xalqın iki ölkə - Rusiya və Azərbaycan arasında bölünməsinin səbəbləri və nəticələrinə həsr olunmuşdur.
Xalqın iki ölkə arasında bölünməsinin ən ağır nəticələri kimi Ruslan Kurbanov mədəni-lingvistik ərazinin ayrılmasını, tədrici assimilasiyanı və Ləzgi xalqın böyük qisminin Azərbaycan türk mühitində yox olunmasını qeyd elədi.
Ruslan Kurbanov ətraflı olaraq FLMMM-in Ləzgi xalqın bölünməsinin mənfi amillərin azaltması üçün mədəni, gənclər, təhsil və beynəlxalq sahələrində görülən işləri haqqında danışdı.
Ləzgi tədqiqatçı Brüsseldə onu da qeyd elədi ki, 15 il ərizində FLMMM yeganə təşkilatdır ki, Ləzgi xalqın maraqlarını bir neçə - yerli, respublika, regional, federal və beynəlxalq səviyyədə müdafiə edir.
Müharizənin sonunda Brüssel Universitetinin tələbələri və əməkdaşları etiraf elədiklər ki, ilk dəfə olaraq Ləzgi xalqın müasir problemləri və tarixi haqqında bu cür hərtərəfli məlumat aldılar və yeni görüşlərə maraq göstərdilər.
Onlar həmçinin bu məlumatı öz gələcək post-Sovet məkanı problemlər üzrə siyasi, mədəni və sosioloji tədqiqatlarda istifadə edəcəklərini bildirdilər.
Onu da qeyd eləmək lazımdır ki, bu müharizə Brüssel Universitetində ləzgi problemi ilə əlaqədar olan yeganə tədbir deyil. Ruslan Kurbanovun tədqiqat planı çərçivəsində bu mövzuda daha çox mühazirələr, dəyirmi masalar və ekspert müsahibələri keçiriləcəkdir.
Farida Sancax
FLMMM müxbir korpusu
.
Maybe you are interested in:
BMT-də Ləzgi probləmin müzakirəsi
Ləzgi və qumuqların etnik ayrı-seçkiliyi
ATƏT-da FLMMM-in səsi