Ləzgi teatrın tarixi
Teatrın yaşının azadılması kimə lazımdır?
Görünür, Dərbəndin süni üç min il cavanlaşmadan sonra, Dağıstan ictimayyəti mədəni irsinin tarixinin azaldılması cəhdlərinə hazır olmalıdır. Bu dəfə növbə Ləzgi teatrın oldu. Payızda teatrın ildönümünün keçirilməsi planlaşdırılır. Təəcüblüsü odur ki, teatrın tarixi otuz il azaldılıb.
Teatrın rəhbəri Alibeg Musayev öz müsahibədə qeyd elədi ki, payızda teatrın 80 illik yubileyinin keçirilməsi planlaşdırılır, halbuki hamı bilir ki, bu teatr 1906-cı ildə yaradılıb və teatrın 109 yaşı var.
Belə çıxır ki, teatrın yaradılma tarixi faktiki olaraq Axtıda teatrın ilk çıxışı olan 1905-ci ildən yox, 1935-ci ildən, yəni Dağıstan hakimiyyətinin Lak, Avar və Ləzgi teatrlarının yaradılması qərarın qəbul olunan ildən həsablanılıb. Məhz həmin il teatra yeni – Ləzgi Dram Teatrı adı verilmişdir. Ondan əvvəl isə o Axtı Sovet teatrı adlandırılırdı. Teatrda, yeni addan başqa, həç bir şey dəyişilməmişdir – repertuar, kollektiv, rəhbər, bina həmin olaraq qalırdı. Ancaq adı dəyişilmişdir. Amma bütün bunlara baxmayaraq ildönümünün təşkilatçıları teatrın yaşını 1935-ci ildən sayırlar.
Ən diqqətli oxucularımız xatırlayarlar ki, əvvələr Ləzgi teatrın 100 il, 90 il və digər ildönümləri Axtıda qeyd olunmuşdur. Yeni iddia edilən 80 illik yubiley haqqında eşidəndə Axtı camaatın təəcübünü təsəvvür edə bilərsiniz.
Qeyd eləmək lazımdır ki, hakimiyyət Dağıstanın mədəni irsinin yaşının azaldılmasına maraqlı səbəblər tapır. 2012-ci ilin Noyabr ayında Dərbəndin 5000 il 2000 ilə qədər azaldılmışdır. Və bu haqda Dərbənd camaatı ildönümü elanlardan öyrəndilər.
Ləzgi teatr ildönümünün azaldılması heyranedici dəqiqliyi ilə eyni cür baş verib. Teatrın yaşının 80 ilə qədər azaldılması heç bir yerdə dərc olunmamışdır. İctimayyət teatrın 109 yaşının olduğunu bilirdi. Yalnız ildönümü planları eşidəndə cəmiyyət teatrın yaşının azaldılması haqda öyrəndilər.
Elə bir fikir yaranır ki, mədəni obyektlərinin yaşının sayılmasının tarixi faktalogiya ilə bağlılığı yoxdur. Əsas həlledici amil ya siyasi vəziyyət, ya da üçüncü tərəflərin və qrupların maraqlarıdır.
Magomed Abdullayev
FLMMM müxbir korpusu
.
Maybe you are interested in:
Qusarda mədəni transformasiya?
Ləzgilərin probleməri haqqında mühazirə
Ləzgi və qumuqların etnik ayrı-seçkiliyi