Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Ləzgi teatra daha çox diqqət!

Ləzgi teatrı 2014-cü ildə

2014-cü ildə Suleyman Stalskiy adına Ləzgi Musiqili Dram Teatrın fəaliyyəti teatr səhnəsində çıxışlar baxımından bir o qədər parlaq olmasada, lakin pərdəarxası kifayət qədər hadisələr ilə bol oldu. Təəssüf ki, teatrının kollektivi respublika hüdudlarından kənarda hər hansı böyük tədbirdə iştirak edə bilmədi. Truppanın qastrolları yalnız Dağıstan ərazisində baş tutdu. Bir tərəfdən Rusiya regionlarda çoxsaylı və sabit tamaşaçı auditoriyasının olmaması açıq-aydın görünür. Moskva və daha bir neçə bölgə istisna olmaqla, Rusiyanın digər regionlarda ləzgi icmaların sayı azdır.Digər tərəfdən isə, düzünü desək, Ləzgi Teatrın müasir maddi-texniki vəziyyəti və bədii səviyyəsi aşağı olduğuna görə artistlər xarici tamaşaçılara nümayiş eləmək üçün tamaşaları yüksək səviyyədə hazırlaya bilmirlər.

 

Ona görə də teatrın əsas fəaliyyəti Cənubi Dağıstan rayonlarına yönəlmişdir, və truppa öz köhnə repertuarı tamaşaçılara nümayiş elədi.  Ləzgi teatrının problemləri dünən  başlamadı. Bir neçə il bundan əvvəl teatrın rəhbərliyi dəyişilmişdir. Otuz ilin durğunluğu, bədii deqradasiya və teatrın mənəvi köhnəlməsigeridə qaldı.

Bu sözlərin təsdiqi olaraq qeyd edək ki, ötən ilin dekabr ayında yayılan məlumata görə, Ləzgi Teatrın keçmiş direktoru və baş mühasibi məhkəmə qarşısında duracaqlar. Onlar büdcə vəsaitlərininoğurlanmasında ittiham olunurlar. Bu barədə məlumatı Dağıstan üzrə Respublika İstintaq Komitəsinin nümayəndəsi Rasul Temirbekova istinadən RİA "Dağıstan" yaymışdır. İstintaq versiyası üzrə, 2010-cu ildə, maliyyə və digər sənədləri imzalamaq səlahiyyətlərə malik olan teatrının direktoru, əmək haqqının ödənilməsi üçün nəzərdə tutulmuş büdcə vəsaitlərini şərtlərə müvafiq olmayan məqsədlərə köçürmüşdür. Rasul Temirbekovun sözlərinə görə, bu hərəkətlərin nəticəsində 1,5 milyon rubl məbləğdə büdcə vəsaiti oğurlanmışdlr. "2010-cu ilin dekabrında daha 3 milyon rubl məbləğində teatr əməkdaşlarının əmək haqqı ödənilməmişdir ", – mənbə agentliyi əlavə elədi.

Yalnız yeni rəhbər Alibek Musayev gəldikdən sonra, nəhayət ki, teatrda inkişaf başlandı. Teatr yeni nəfəs aldı, və mövcud olan bütün problemlərə baxmayaraq gələcəyə inamla baxır.

Və sonda onu demək istəyirik ki, Qafqazın ən qədim milli teatrı olan Ləzgi teatra Ləzgi ictimayyətinin, iş adamlarının və son əsrlərin Ləzgi xalqın əsas və əhəmiyytəli mədəni nailiyyətlərdən biri olan teatrın taləyinə qeyri laqeyd olan hər kəsin diqqəti və dəstəyi lazımdır.

Suleyman Cəfərov

FLMMM müxbir korpusu

.

.

Maybe you are interested in:

Ləzgi mədəniyyətinin döyünən ürəyi

Ləzgi teatrın tarixi

Qafqaz Albaniyası və İran

“Suleymanın dövrü gəlir...”

Ləzgi mədəniyyətinin inkişafı

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz