Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Qafqaz Albaniyası və İran

İranın Şərqi Qafqaza təsiri

Qafqaz Albaniyasının tarixi mövzusu Dağıstan tarixi, və xüsusi ilə ləzgi tarixi sevənləri üçün daimi maraq doğurur. Qafqaz Albaniyasının İran ilə münasibətləri haqqında biz, Avstriya Elmlər Akademiyasının akademiki, Avstriya Elmlər Akademiyasının İranşunaslıq İnstitunun rəhbəri, İran üzrə Avropanın aparıcı alimlərindən biri Bert Fragner ilə müzakirə etdik.

İran mədəniyyətinin qonşu xalqlara bu qədər güclü təsiri nə ilə bağlıdır?

Bu çoxlu müxtəlif aspektlər ilə bağlıdır. Sasani imperiyası, Ərmənistanın və müasir Azərbaycanın əraziləri daxil olmaqla, böyük əraziyə malik idi. Müsəlman hakimiyyəti altında ərəb dili ilə paralel olaraq fars dili də İslam mədəniyyəti məkanında aparıcı dillərindən biri idi.  

Fars dili tez bir zamanda yüksək mədəniyyət dili statusuna malik oldu, lakin onun yayılmasına əsasən ticarət təsir göstərdi. Onun rolu xüsusən Mərkəzi Asiyada böyük idi, amma Qafqazda da fars dili mühüm rol oynamışdır.

Sonralar fars dilinin dəyəri o qədər böyük olur ki, ərəb dili ilə birgə, müsəlman xalqları arasında transregional ünsiyyət dilinə çevrilir. Və fars dili ilə qonşu xalqlar arasında İran mədəniyyətinin təsiri yayılır.

Qafqaz Albaniyasının əhalinin hansı hissəsi İran xalqları təşkil edirdi?

Qafqaz Albaniyasında İran xalqlarının sayı az idi. Eyni zamanda, hər hansı bir xalqı İran dünyasına dəqiqliqlə müəyyən etmək olduqca çətin məsələdir. Amma qeyd eləmək lazımdır ki, Albaniyanın cənub hissəsində İran xalqları yaşayırdılar. Ehtimal olunur ki, Albaniyanın böyük hissəsində fars dilində danışırdılar, lakin bu bir fərziyədir, və bunu iddia etməyə həç bir əsas yoxdur.

Bert Fragner 

İran mədəniyyəti Dağıstan xalqlara necə təsir göstərdi?

Dağıstanda İslamın yayılması cənubdan şimala döğru gedirdi. Bugünki Cənubi İran ərazisindən başlayaraq, İraqın yanından, xəzər sahilindən, və oradan şimala döğru, müasir Azərbaycan Respublikasının ərazisinə, Dağıstan xalqlarına keçirdi. Monqolların hakimiyyəti dövründə bu ərazi monqol-iran hökmranlığına düşür, və Elxanilər dövləti yaradılır, onlar özlərini iranlılar adlandırırdılar.

Dərbənd Elxanilər dövlətinin şimal sərhədi idi. Bu o deməkdir ki, Dərbənd şəhərindən şimalda yerləşən Dağıstan ərazisi İran təsirinə məruz qalmamışdır. Çünki o ərazilər Qızıl Ordanın təsiri altında idi.

Məhz buna görə, dini amillərin təsiri altında, ərəb dilinin əhəmiyyəti böyük olmasına baxmayaraq, fars dili dağıstan xalqları arasında ünsiyyət dili idi. Dərbənddən cənubda yerləşən ərazilərdə fars dili daha önəmli idi, və illər sonra bu rol Türk dilinə keçdi. Dağıstanda həmdə fars ədəbiyyatının təsiridə görünür, amma buna baxmayaraq, Dağıstan öz daxili xüsusiyyətlərinə malikdir, onlardan biri regionun çoxdilli olmasıdır. Və bu vəziyyətdə dağıstanlılar arasında ünsiyyət dili ərəb dili idi.

Onu da qeyd eləmək istəyirəm ki, tarix boyunca Dağıstan böyük siyasi mərkəzlərinin pereferiya bölgələrindən biri idi. Amma buna baxmayaraq Dağıstanda kifayət qədər güclü xalqlar var idi, məsələn Qafqaz Albaniyasında ləzgilər (ləzgi dilli xalqların əcdadları).  

19-cu əsrdə Dağıstan tarixində çox əhəmiyyətli, mühüm dəyişiklik baş verir. İran dünyasının periferiya bölgəsindən Dağıstan Rusiya periferiya bölgəsinə çevrilir.

Maraqlı müsahibə üçün təşəkkür edirik.

 

İlyas Bukarov

FLMMM müxbir korpusu

.

.

Maybe you are interested in:

Azərbaycanda yerli xalqların problemləri

A.Kərimov Derbend-2000 haqqında

Mədəniyyətlərin kəsişmə nöqtəsi

Ədalətli qərar

Moskvada Ləzgi dili məktəbi

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz