A.Kərimov Derbend-2000 haqqında
Hörmətsizlik millətlərarası sülhü poza bilər
Rusiyanın ən qədim və gözəl şəhərlərindən biri olan Dərbəndin ildönümü mərasimi bizdə heç də yaxşı təəsürat yaratmadı.
Səbirsizliklə gözlədiyimiz Dərbəndin ildönümü mərasimi nəhayət ki baş tutdu. Amma təəsüflər olsun ki, gözlədiyimiz kimi olmadı. Deyə bilərəm ki, bayram şəhər əhalidən oğurlanmışdır. Uzun illər Maxaçkala və Moskva tərəfindən lazımı dərəcədə diqqət görməyən bu unikal şəhərin əhalisi ümid edirdi ki, bu gün böyük bayram olacaq, və özlərini bu böyük ölkənin hissəsi olduğunu hiss edəcəklər.
Amma nəticədə bayram günü əhali heç bir əlamətdar tədbirə buraxılmadı. Həmin tədbirlər bağlı şəkildə keçirildi, və adamlar oraya yalnız əvvəlcədən hazırlanmış siyahılar üzrə buraxılırdı.
Həmin gün şəhər əhaliyə və qonaqlara hətta bir şüşə su almaqa belə imkan yaradılmamışdır. Şəhərin mərkəzində bütün kafe, restoran və mağazalar bağlı idi.
Bundan əlavə, şəhərin bəzi rayonları bərbad gündə idi, cünki Dağıstan hakimiyyəti şəhəri yubileyə hazırlaya bacarmadı.
Nəticədə respublika başçısı yubiley mərasiminə gəlmədi. Həsab edirəm ki, bu müdrik qərar idi, çünki o bütün baş verənləri anlayırdı.
Yubiley ərəfəsində şəhərin vəziyyətini qiymətləndirən Şimali Qafqaz Federal Dairə üzrə Prezidentin səlahiyyətli nümayəndəsi Sergey Melikov şəhərin bayrama hazır olmadığını çox dəqiqliqlə qeyd eləmişdir.
Əslində, bir neçə mərkəzi küçələrdən başqa, şəhəri nəinki Rusiyanın Prezidentinə, hətta şəhərin qonaqlarına belə göstərmək ayıb idi.
Bundan əlavə, Dağıstan hakimiyyəti bayram proqramında Cənubi Dağıstanda yaşayan xalqlar – Ləzgi, Tabasaran, Ağul, Saxur, Rutul, Yahudi və Azərbaycanlılar haqqında məlumatı götürmüşdülər.
Rəsmi məlumat çox sadələşdirilmiş şəkildə ötürülürdü: şəhər Fars İmperiya tərəfindən təsis olunub, bir sıra dünya dövlətləri tərəfindən fəth olunmuş, lakin sonunda Rus dövlətin hissəsi olaraq qaldı.
Ələ bil ki, min illər boyu yerli unikal mədəniyyətinin inkişafı, şəhərin gözəl memarlığının yaradılnmasında minlərlə yerli əhalinin ağır zəhməti, Dərbəndi bütün dünyaya tanıdan yüzlərlə alim və hökmdarlar heç olmamışdır.
Şəhər müasir Ləzgi xalqların birbaşa əcdadaları olan Cənubi Dağıstanın yerli xalqlar tərəfindən təsis olduğu haqqında heç bir söz söylənilmədi.
Faktiki olaraq, min illər boyu heç kimin edə bilmədiyini Dağıstan rəsmləri bacardı: Cənubi Dağıstan xalqlarının şəhərin taleyində oynadığı ən kiçik izlərini belə aradan götürdülər.
Amma yubiley günü bütün bayram meydanları Cənubi Dağıstan xalqlarının mədəniyyətlərinin nümunələri ilə dolu idi. Bütün bunlar qədim şəhərin yaranma və inkişaf tarixi ilə bağlıdır. O isə öz növbəsində Qafqaz Albaniyasının və Ləzgi xalqlarının tarixi ilə bağlıdır.
Çoxmillətli Dağıstanda xalqların mədəniyyətinə və tarixinə belə hörmətsizlik tamamilə yolverilməzdir. Bir sıra millətlərin tarixi xatirəsinə hörmətsizlik Rusiyanın ən çoxmillətli regionda millətlərarası sülh və balansa ciddi zərbə ola bilər.
FLMMM
.
Maybe you are interested in:
Şəki “Şəhər Günü”nə hazırlaşır
Sumqayitda dəniz kənarinda biabirçi mənzərə