Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azərbaycanda yerli xalqların problemləri

Bakı öz problemlərini unudur

Bu yaxınlarda İranda yerli türklərin kütləvi etiraz aksiyaları keçirildi. Buna səbəb isə yerli telekanalda efirdə gedən uşaq verlişində azərbaycan dilində səsləndirilən dialoglar oldu. Daha dəqiq, bu, türk uşağın tualet fırçası ilə dişlərin təmizləmə epizodu oldu.

 

Bu yerli türklərin qəzəbinə səbəb oldu və nəticədə Təbriz, Urmiya, Marağa, Zəncan, Ərdəbil şəhərlərində və türkdilli əhalinin kompakt yaşadığı bir neçə digər yaşayış məntəqələrində böyük nümayişlər keçirildi.

Haqqın.az xəbər agentliyinin verdiyi məlumata görə, etirazçılar antihökümət və "Biz türkük”, "İrqçiliyə ölüm”, "Yaşasın Azərbaycan”, "Mədrəsədə türk dili” və digər şüarları səsləndirdilər.

Əlbətdə, Azərbaycan bu hadisələrə böyük maraq doğurdu və İranda yaşayan milli azlıqların, xüsusilə azsaylı türk azlıqların hüquq və azadlıqlarının pozulmasında İran hökümətini ittiham etdi.

Türklər İranda hansı hüquqlara malikdir və onların hüquqların necə pozulur? İranda dövlət dilin fars dili olmasına baxmayaraq, ölkənin şimal zonasında türklərin azərbaycan dilində dövlət televiziyası var. Bundan əlavə azərbaycan dilində qəzet və  jurnallar nəşr olunur, və döğma dilin istafadəsində heç bir məhdudlaşdırma yoxdur.

İranlılarının sözlərinə görə, yerli türklər onlardan daha fəaldır və ölkənin ictimai həyatının bütün sahələrində iştirak edrilər. Belə ki, dövlət apparatında etnik azərbaycanlıların sayı çoxdur.

Dağıstan və Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyətidə eyni. Dağıstanda azərbaycanlılar yerli xalq statusuna malikdirlər, və onların dili, dağlı xalqlar ilə eyni olaraq, rəsmi dillərindən biridir.

Gürcüstanda azərbaycanlılar ölkənin ən böyük etnik azlıqdır (əhalinin 6.7%) və onların mədəniyyətinin hərtərəfli inkişafı üçün hər cür şərait var.

Lakin Azrəbaycanın özündə nədənsə etnik azlıqların hüquqlarına yanaşma tam əksdir. Məsələn, ləzgilər Azərbaycanın ən böyük etnik azlıqdır. Amma ləzgilərin Azərbaycanda doğma dilində nə televiziya, nədə ki radio var. 2008-ci ildə Bakıda Dağıstan Dövlət Universitetinin filialının bağlanmasından sonra, Azərbaycanda ləzgi dili üzrə müəllimlərin hazırlanması dayandırıldı.

Və azərbaycan cəmiyyətində ləzgilərin etirazları ərmənilər ("separatçılar” "sadvalistlər”) və ya dini ekstrəmistlər ilə bağlı olduğunu bildirərək şayələr yayılır.

İranda keçirilmiş bu etiraz aksiyası onu göstərir ki, İranda yaşayan azərbaycanlıların vəziyyəti heçdə KİV-də təsvir olunduğu kimi, pis deyil. İctimayyət öz problemləri haqqında xəbərdardır. Buna səbəb isə İranda olan türklərin milli kütləvi informasiya vasitələridir.

Azərbaycanda yerli xalqlarının nümayəndələrinin bu cür etiraz aksiyalarının keçirilməsini təsəffürə getirmək belə mümkün deyil. Və bu heçdə onların öz vəziyyətindən razı olduğuna görə deyil.

Azərbaycanın yerli xalqların öz milli kütləvi informasiya vasitələri yoxdur. Və insanlar öz vəziyyəti haqqında belə xəbərdar deyil. Dövlət isə tolerantlıq və demokratiya haqda danışır.

Suleyman Cəfərov

FLMMM müxbir korpusu

.

.

Maybe you are interested in:

Qusarda mədəni transformasiya?

Qusar ləzgilərin gələcəyi necə olacaq

2014-cü ilin nəticələri

İranda 24 saat Azərbaycan dilində yayımlanacaq televiziya kanalı açılır

Azərbaycan soyadlarını dəyişir

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz