Azərbaycan soyadlarını dəyişir
Soyad sonluqlarının dəyişdirilməsinə hazırlıq
Azərbaycan Respublikasında soyadların sonluğu variantlarının standartlaşdırması qanunvericilik səviyyəsində təsdiq olunacaqdır. Bununla bağlı, Azərbaycan Milli Elmlər Akademiyası adlar və soyadlar üzrə Komissiya Nazirlər Kabinetinə öz tövsiyələrini verdi.
Komitə sədri Nizami Cəfərov qeyd elədi ki, mənəvi baxımından bu proses dünya azərbaycanlılarına toxunacaq, hüquqi baxımından isə Respublikanın bütün vətəndaşlarına toxunacaqdır. Soyadların milliləşdirilməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən alınan bu qərar yeni doğulmuş uşaqlara qarşı məcburi şəkildə olacaq.
Demokratiyanın prinsiplərinə görə hər bir şəxs öz adını deyişdirmək və ya deyişdirməmək hüququna malikdir. Məcburi şəkildə soyadların deyişdirilməsi insan maraqlarını və hüquqlarını pozur. Bu qanun layihəsinə görə yeni döğulmuş körpələrin soyadları , valideynlərin razılığından asıllı olmayaraq, məcburi şəkildə deyişdiriləcəkdir.
Azərbaycanın yerli xalqların maraqları
Azərbaycanın yerli xalqların nümayəndələri bu qanunvericilik təşəbbüsü ilə bağlı öz narahatlıqlarını bildirirlər. Ölkənin titul xalqın maraqlarını qoruyaraq, hökumət digər xalqların maraqları haqqında unudur. Azərbaycanda digər xalqın, yəni Azəri-Türklərin soyad sonluğların verilməsi digər yerli xalqların milli kimliyinin silinməsinə əlavə amildir və bu yerli xalqların assimilyasiya prossesini sürətləndirəcək.
Bundan əlavə, Azərbaycandan kənarda, həmin yerli xalqların nümayendələri belə soyadlarla etnik azərbaycanlılar kimi qəbul olunacaqlar.
Hakimiyyətin səsi
Sözsüz ki bu mövzuda hakimiyyətinin mövqeyinidə qiymətləndirilə bilər. Belə ki, 2010-cu ildə "Azərbaycanda milli azlıqlarla - ləzgilər, talışlar, avarlar, tatlar və digər xalqlarla bağlı yeni qanun olacaq?” suala cavab verərkən Cəfərov bildirib:
"Özünü azərbaycanlı hesab edən hər kəs, Azərbaycanda isə yerli xalqların əksəriyyəti Azərbaycan xalqı ilə birləşib və özlərini azərbaycanlı hesab edirlər, öz soyadını dəyişdirməli olacaqdır."
Belə ki, rəsmi Azərbaycan həqiqətən yerli xalqların assimilyasiya olduğunu etiraf etdi.
Qeyri-türk xalqların (avarların, ləzgilərin, caxurların və udinlərin) soyadlarının türkləşmə prosesi başa çatdıqdan sonra, onların soyadları Azərbaycan türklərinin soyadlarından fərqlənməq mümkün olmayacaqdır.
Yerli xalqların nümayəndələri Azərbaycan-media arasında yaşayaraq və çox zaman Azərbaycan adları daşıyaraq, üstəlik Azərbaycan soyadlarınıda alsalar daha da sürətlə assimilyasiya olunacaqlar. Eyni ssenari ölkənin digər yerli xalqlara da təhdid edir.
Magomed Abdullayev
FLMMM-in müхbir kоrpusu
.
Maybe you are interested in:
Sivil Toplum Platformasının mövqe sənədi