Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Dağlıq Qarabağ, TANAP və Bakı-Tbilisi-Qars dəmiryol layihələrindən danışıblar


 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanda rəsmi səfərdə olub. Nazir Çavuşoğlu prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, xaArici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Xarici işlər nazirləri təkbətək və geniş tərkibdə görüşdükdən sonra brinfinq keçiriblər. Nazirlər iki ölkədə seçkilərdən sonra dövlət başçılarının, yüksək vəzifəli şəxlərin ilk səfərlərini qardaş ölkəyə etdiklərini vurğulayıb. Nazirlər həmçinin iki ölkə arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyədə olduğunu bildiriblər.

Çavuşoğlu Azərbaycanda keçirilən parlament seçkilərinin demokratik keçirildiyini qeyd edib və Yeni Azərbaycan Partiyasının qələbəsi münasibətilə nazir Məmmədovu təbrik edib. Sonra Nardaranda həlak olan polis əməkdaşlarının ailələrinə başsağlığı verib.

"Terror olayında şəhid olan iki polisə Allahdan rəhmət diləyirəm. Terror məsələsində bizim Azərbaycanla əməkdaşlığımız var. Türkiyə terrorun nə olduğunu çox yaxşı bilir. Bu sahədə təcrübəmizi bölüşməyə hazırıq. Bir də belə hadisələrin baş verməməsini arzu edirəm”, deyə Çavuşoğlu qeyd edib.

Nazirlər Dağlıq Qarabağ münaqişəsi, TANAP və Bakı-Tbilisi-Qars dəmiryol xəttinin tikintisi ilə bağlı məsələlərə daha çox diqqət çəkiblər.

Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsindən danışarkən deyib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakı və Yerevana səfərləri zamanı Dağlıq Qarabağ münaqişəsində irəliləyişin olmasının vacibliyini qeyd edib.

"Hamı qəbul edir ki, Ermənistan qoşunlarının Azərbaycan ərazilərində yerləşdirilməsi regionda təhlükəsizlik üçün böyük bir problemdir”.

Onun sözlərinə görə, Lavrov həmsədr ölkələr adından təkliflər verib.

"Həmsədrlər son dəfə Azərbaycana gələndə prezidentlər səviyyəsində görüş təklif olunub. Azərbaycan bu görüşə razılıq verib və həmsədrlər onun üzərində işləyirlər. Növbəti ayın sonuna kimi bu görüş baş tuta bilər”, deyə nazir qeyd edib.

Türkiyə xarici işlər naziri isə bildirib ki, Türkiyə xüsusilə Dağlıq Qarabağ probleminin həllində, təcavüzün aradan qaldırılmasında, işğal olunmuş torpaqların qaytarılmasında hər zaman Azərbaycanın yanındadır.

"Biz ATƏT-in Minsk qrupunun daha fəal olmasını görmək istəyirk. Azərbaycan və Türkiyə əl- ələ bigə öz hədəflərinə doğru irəliləməkdədir”.

Hər iki nazir tərəflərin TANAP (Transanadolu Qaz Kəməri) layihəsinin uğurla reallaşmaqda olduğunu vurğulayıb.

Bununla yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolunun Türkiyə sahəsində tikintisində gecikmə var.

Çavuşoğlu bildirib ki, bu ilin sonuna kimi Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti görüşü olacaq.

Üç nazir Gürcüstan tərəfindən Bakı-Tbilisi-Qars dəmiryoluna baxış keçirəcək.

"Yolun tikintisində Türkiyədə gecikmə var. Türkiyə tərəfində Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisinin gecikməsi şirkətin hüquqi problemidir. Bu il olmasa da, gələn il bu layihə başa çatacaq. Dəmir yolunun istifadəyə verilməsi münasibətləri yeni mərhələyə gətirəcək. Azərbaycan və Türkiyə Avropadan Çinə qədər olan regionda mühüm rol oynayacaq, deyə Çavuşoğlu bildirib.  

Nazir həmçinin 2016-cı ildə Azərbaycan-Türkiyə-Türkmənistan xarici işlər nazirlərinin görüşü olacağını deyib.

Nazirlər jurnalistlərin gözlədiyi Suriya böhranı və Türkiyə-Rusiya münasibətlərində yaranmış son durumdan danışmayıb. Brifinqdə sual-cavab da olmayıb.

.

www.contact.az

.

Maybe you are interested in:

Gürcüstan və Azərbaycan əməkdaşlığı möhkəmləndirir

Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri Tbilisi bəyannaməsini imzalayıblar

Türkiyənin baş naziri Rusiyanın Suriyadakı “imperialist məqsədləri”ndən danışıb

Yaponiya Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyir

Tehranda İran-Azərbaycan müzakirələri: razılaşmalar var

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz