Tehranda İran-Azərbaycan müzakirələri: razılaşmalar var
Xarici İşlər Nazirliyinin mətbuat xidməti rəsmi məlumat yayıb. Bildirilir ki, Tehrana səfər edən nazir Elmar Məmmədyarov iranlı həmkarı Məhəmmədcavad Zəriflə görüşüb. Elmar Məmmədyarov İran İslam Respublikası ilə altılıq arasında Cenevrədə aparılan son danışıqların müsbət məcraya doğru yönəlməsinin Azərbaycan Respublikasında alqışlandığını bildirib.
Görüş zamanı ikitərəfli əsasda enerji, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub, tezliklə hökumətlərarası birgə əməkdaşlıq komissiyasının iclasının keçirilməsi barəsində razılıq əldə olunub. Sərhəddə yaranmış vəziyyətlə də bağlı fikir mübadiləsi aparılıb.
Elmar Məmmədyarov Məhəmmədcavad Zərifi Azərbaycana səfərə dəvət edib. Dəvət qəbul olunub.
.
We advise you to sign up, to be full of users of our website.
Maybe you are interested in:
Gürcüstan Cənub Qaz Dəhlizi layihəsində iştirak edəcək
Şərh əlavə edin