Bakı və Moskva arasında Dağlıq Qarabağ, Xəzər dənizi və iqtisadi əlaqələrə dair fikir mübadiləsi aparılıb
"Biz beynəlxalq və regional məsələləri müzakirə etdik, Qarabağ problemi ilə bağlı ətraflı fikir mübadiləsi apardıq. Rusiya Dağlıq Qarabağ məsələsinin həllinə özünün xarici siyasi prioritetləri sırasında baxır”, - RF XİN rəhbəri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
İqtisadi münasibətlərə gəlincə, S.Lavrovun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi keçən il 16% artaraq tarixi maksimuma çatıb. Bu il həmçinin müsbət dinamika müşahdiə edilir”, - RİA S.Lavrovun sözlərindən sitat gətirib.
Öz növbəsində E.Məmmədyarov iqtisadi əlaqələrin uğurlu inkişafı barədə S.Lavrovun fikirlərini dəstəkləyib.
Qarabağ mövzusuna toxunan E.Məmmədyarov deyib ki, bu gün və dünən S.Lavrov ilə münaqişənin nizamlanması yollarını müzakirə edib, bunun həlli "çoxdan yetişib”.
Sonra o qeyd edib ki, Xəzərin statusu məsələsinə də toxunulub. Bununla bağlı Bakı və Moskvanın mövqeyi çox müddəalarda üst-üstə düşür.
2015 May 25 (Bazar ertəsi) 14:48:37
Moskva danışıqlarında Dağlıq Qarabağ məsələsi fəal müzakirə olunub, məsələ yetişib və onu həll etmək lazımdır. TASS bildirir ki, bunu Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov RF xarici işlər naziri Sergey Lavrov ilə görüşünün yekunları ilə bağlı deyib.
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nikbinlik notlarını mən də bölüşürəm. Mövzu var, probılem var, onu həll etmək lazımdır. O artıq yetişib”, - TASS E.Məmmədyaroun sözlərindən sitat gətirib.
Öz növbəsində S.Lavrov qeyd edib ki, Rusiya Dağlıq Qarabağ məsələsinin həllinə özünün xarici siyasi prioritetləri sırasında baxır.
"Biz münaqişə tərəfləri arasında razılaşmaya nail olunmasına yardm göstərilməsinə öz xarici siyasi prioritetlərimizin biri kimi baxırıq”, - S.Lavrov qeyd edib. Qarşılıqlı məqbul razılaşmanın axtarılmasına yardım göstərilməsini davam etdirəcəyik”, - o vurğulayıb.
"Münaqişənin çox uzanmasını heç kim inkar etmir”, - o bildirib. "Razılıq əldə etmək üçün real baza var, hamı bununla razıdır. Hazırda lazımdır ki, bu anlaşma konkret saziş dilinə köçürülsün”, - o vurğulayıb.
.
Maybe you are interested in:
Lavrov-Məmmədyarov görüşlərinin yeni detalları
Sergey Lavrovun Qarabağ nizamlanmasına dair nikbin bəyanatı