“Aykakan jamanak” qəzeti bildirir ki, Sergey Lavrov Yerevanı Qarabağ ətrafında bir neçə rayonu qaytarmağa razı salmaq istəyib
Ermənistanın müxalifət mətbuatı isə Sergey Lavrovun səfərinin gizli detallarından yazır. "Hakimiyyət dairələrindən alınan məlumatlara görə, Rusiya Ermənistanı Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu Azərbaycana qaytarmağa razı salmağa çalışır”, - "Aykakan jamanak” qəzeti yazır.
Qəzet bəyan edir ki, beləliklə, Moskva Bakının Avrasiya İqtisadi Birliyinə daxil olmasına razılıq verəcəyinə ümid edir.
"Həmin mənbələr bildirirlər ki, S.Lavrovun noyabrın 9-da Ermənistana səfəri zamanı müzakirələrin əsas mövzusu məhz bu məsələ olub”, - qəzet yazır və qeyd edir ki, Qarabağ nizamlanmasına dair gizli danışıqların təşəbbüsçüsü Rusiyadır. -02D-
* * *
Yerevan/10.10.15/Turan-Armİnfo: RF XİN rəhbəri Sergey Lavrov bazar ertəsi Ermənistan prezidenti ilə Qarabağ nizamlanması mövzusunda söhbət edib. Əsasən S.Lavrov deyib ki, münaqişənin dinc yolla nizamlanmasına alternativ yoxdur.
Ermənistan XİN rəhbəri ilə görüşün yekunlarına dair dair mətbuat konfransında S.Lavrov daha açıq damışıb.
Qarabağ mövzusuna toxunan S.Lavrov deyib ki, Moskva bundan sonra da nizamlanma üçün qarşılıqlı məqbul əsasların hazırlanmasına yardım göstərəcək. "Bu, bizim xarici siyasi prioritetlərimizdən biridir və prezident Vladimir Putinin nəzarətindədir. Rusiya müsbət nəticəyə nail olmaq üçün fəal rolunu davam etdirəcək”, - o vurğulayıb.
"Kimin tərəfindən qəbul edilməsindən aslıl olmayaraq istənilən kəskin, radikal hərəkətlər ATƏT-in Minsk Qrupunun işinə zərər vurur”, - S.Lavrov britaniyalı deputat Robert Uolterin AŞPA-da Dağlıq Qarabağa dair məruzəsini şərh edərkən deyib.
"Biz – Rusiya, Fransa və ABŞ Dağlıq Qarabağ nizamlanmasında ardıcıl, işgüzar, təmkinli dialoqun əvəzinə bu mövzunun nizamlanma ilə məşğul olmayan müxtəlif beynəlxalq arenalara çıxarılmasının qəti şəkildə əleyhinəyik. Beynəlxalq birlik adından heç kim onlara belə tapşırıq verməyib”, - S.Lavrov vurğulayıb.
.
Maybe you are interested in:
Lavrov-Məmmədyarov görüşlərinin yeni detalları
Sergey Lavrovun Qarabağ nizamlanmasına dair nikbin bəyanatı