Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Lavrov-Məmmədyarov görüşlərinin yeni detalları

 

Rusiya və Azərbaycan XİN rəhbərlərinin işgüzar görüşü çərçivəsində cümə günü Moskvada ikitərəfli münasibətlərin geniş dairəsi müzakirə olunub. İlkin məlumatlarda Lavrovun Qarabağ nizamlanması məsələsində irəliləyiş zərurəti haqqında bəyanatlarına xüsusi diqqət yetirilib. Lakin başqa məsələlərə də toxunulub.

Diplomatik mənbələrin məlumatına görə, tərəflər bütün istiqamətlər üzrə: "regional sahədə, BMT, ATƏT-də, Xəzərdə və digər formatlarda” ikitərəfli münasibətləri dərinləşdirmək niyyətlərini ifadə ediblər, deyə Lavrov bildirib.

O qeyd edib ki, əlaqələrin intensivləşdirilməsi "yay tətilindən sonra” başlayacaq – sentyabrda Yekaterinburqda ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçiriləcək, regionlararası forum keçiriləcək.

"Sentyabrda Rusiya Sverdlovski vilayətində böyük silah və hərbi texnika sərgisi təşkil edəcək. Azərbaycan nümayəndələrini də gözləyirik”, deyə Lavrov bildirib.

Bundan başqa, Sankt-Peterbuqrda sentyabrda Arktikanın Rusiya hissəsində kontinental şelfdə neft-qaz yataqlarının mənimsənilməsi məsələləri üzrə konfrans keçiriləcək.

"Konfransımızda Azərbaycanın energetika nazirini də gözləyirik. Onun bu mühüm tədbirdə iştirak edəcəyinə ümid edirik”, deyə Rusiya XİN-in rəhbəri bildirib.

Öz növbəsində, Məmmədyarov "Rusiya və Azərbaycanın ikitərəfli əməkdaşlığın bütün məsələləri üzrə mövqelərinin yaxınlaşdırılmasının” əhəmiyyətini qeyd edib.

"Rusiya və Azərbaycanın mövqelərinin siyasi tərəfi çox bənzərdir. Xüsusən, biz Rusiya sayəsində İran nüvə proqramı üzrə saziş imzalamaq yoluna çıxmağın mümkün olmasının müsbət tərəfini qeyd edirik”, deyə o diqqət çəkib.

"Rusiya rəhbərliyinə ŞƏT-də Azərbaycana müşahidəçi statusunun verilməsinə görə minnnətdarıq. İranla bağlı belə ciddi qərar əldə olunduqdan sonra Dağlıq Qarabağ mövzusu danışıqlarımızda tezliklə irəliləyiş əldə etmək üçün "yoluna düşür”, deyə Məmmədyarov qeyd edib.

Məmmədyarovla danışıqlar başa çatdıqdan sonra Lavrov Ermənistan XİN rəhbərinə zəng edib və onunla da Qarabağ nizamlanmasını müzakirə edib. Detallar barədə məlumat verilmir.

.

contact.az

.

Maybe you are interested in:

Azərbaycan, İran və Rusiya XİN rəhbərlərinin görüşü aprelin 7-də keçiriləcək

Azərbaycan və Türkiyə xarici işlər nazirləri Dağlıq Qarabağ, TANAP və Bakı-Tbilisi-Qars dəmiryol layihələrindən danışıblar

Sergey Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Qarabağda vəziyyəti müzakirə edib

Bakı və Moskva arasında Dağlıq Qarabağ, Xəzər dənizi və iqtisadi əlaqələrə dair fikir mübadiləsi aparılıb

Azərbaycan-Amerika hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz