Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Azərbaycan-Amerika hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

 

Aprelin 8-də Müdafiə Nazirliyinin Təlim Mərkəzində Azərbaycan-ABŞ ikitərəfli hərbi əlaqələrin razılaşdırılması üzrə konfrans keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iştirakçılar bu sahədə əməkdaşlığın hazırki vəziyyətini və perspektivlərini müzakirə ediblər.

Tərəflər həmçinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə 2016-cı il üçün İş Planının layihəsini müzakirə ediblər.

Tədbirdə Azərbaycan Müdafiə Nazirliyinin müxtəlif idarə və xidmətlərinin nümayəndələri, ABŞ tərəfdən isə Avropa Komandanlığının, ABŞ-ın Azərbaycandakı Hərbi Attaşeliyinin və Hərbi Əməkdaşlıq Ofisinin nümayəndələri iştirak ediblər, deyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

.

contact.az

.

Maybe you are interested in:

Rusiyanın müdafiə naziri Ermənistan və Azərbaycanı atəşi dayandırmağa çağırıb

Konyada Azərbaycan və Türkiyə HHQ-nin birgə təlimləri başa çatıb

ABŞ-Azərbaycan müdafiə məsləhətləşmələri olub

Hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü

NATO İPAP çərçivəsində Azərbaycanla əməkdaşlığın 4-cü mərhələsini təsdiq edib

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz