Federal lәzgi
milli-mәdәni muxtariyyәti

Konyada Azərbaycan və Türkiyə HHQ-nin birgə təlimləri başa çatıb

 

Cümə günü Türkiyənin Konya şəhərində Azərbaycan və Türkiyə HHQ-nin "TURAZ Şahini 2016" adlı birgə hərbi təlimləri başa çatıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, martın 7-də start götürmüş təlimlərin yekun mərhələsini Azərbaycan və Türkiyə HHQ-nin komandanları - general-leytenant Ramiz Tahirov və ordu generalı Abidin Ünal müşahidə ediblər. Azərbaycan tərəfdən təlimlərə 3 MİQ-29 qırıcı təyyarəsi, 3 Su-25 hücumçu təyyarəsi və şəxsi heyət cəlb olunub.

Təlim çərçivəsində Türkiyə pilotları MİQ-29 qırıcı təyyarələrində və SU-25 bombardmançı təyyarələrində, Azərbaycan pilotları isə F-16 qırıcı təyyarələrində tanışlıq xarakterli uçuşlar həyata keçiriblər.

Bundan başqa, şərti düşmənin strateji obyektlərinin, habelə onları qoruyan təyyarələrin məhv edilməsi məqsədilə birgə əməliyyat keçirilib. Bununla yanaşı, şərti terrorçuların bazalarının məhv edilməsi üzrə əməliyyat keçirilib.

.

www.contact.az

.

Maybe you are interested in:

Putin özündən çıxır və Türkiyəni hədələyir

Xəzərdə İran-Rusiya təlimatları

Azərbaycan-Amerika hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Hərbi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü

Azərbaycan və Türkiyə hərbi əməkdaşlığı inkişaf etdirəcəklər

Comments (0)
adınız:*
sizin E-Mail:*
1 şərhdəki simvolların maksimum sayı = 3 000

1 saat ərzində öz şərhinizi təshih edə bilərsiniz